25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Naxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi?

Naxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi?

Müəssisəmiz Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərir və emal sənayesi ilə məşğul olur. Xammal və materiallar xarici ölkələrdən idxal edilir. 2026-cı ildən Naxçıvan Muxtar Respublikasının rezidenti olan vergi ödəyicilərinə müəyyən güzəştlərin verildiyini nəzərə alaraq, həmin xammal-materialların idxalı ƏDV-dən azad edilirmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2026-cı ilin yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş 227.2-1 – 227.2-3-cü maddələrinə əsasən, Naxçıvan Muxtar Respublikasının rezidentlərinə idxalda tətbiq edilən ƏDV-dən azadolma investisiya təşviqi sənədini almış, habelə Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye məhəllələrinin, sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlara münasibətdə müəyyən olunub.

Buna əsasən, Naxçıvan Muxtar Respublikasının rezidenti olan müəssisənin investisiya təşviqi sənədi olduğu, yaxud Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye məhəllələrinin, sənaye və texnologiyalar parklarının rezidenti olduğu halda, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında idxal etdiyi xammal və materiallara ƏDV-dən azadolma tətbiq oluna bilər.

Əsas: Vergi Məcəlləsinin 227.2-1-ci, 227.2-2-ci və 227.2-3-cü maddələri.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?