İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2026-cı ilin yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş 227.2-1 – 227.2-3-cü maddələrinə əsasən, Naxçıvan Muxtar Respublikasının rezidentlərinə idxalda tətbiq edilən ƏDV-dən azadolma investisiya təşviqi sənədini almış, habelə Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye məhəllələrinin, sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlara münasibətdə müəyyən olunub.
Buna əsasən, Naxçıvan Muxtar Respublikasının rezidenti olan müəssisənin investisiya təşviqi sənədi olduğu, yaxud Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye məhəllələrinin, sənaye və texnologiyalar parklarının rezidenti olduğu halda, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında idxal etdiyi xammal və materiallara ƏDV-dən azadolma tətbiq oluna bilər.
Əsas: Vergi Məcəlləsinin 227.2-1-ci, 227.2-2-ci və 227.2-3-cü maddələri.