10 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əlavə dəyər vergisindən azad edilmiş məhsullar

Quş ətinin sənaye üsulu ilə istehsalını həyata keçirən şirkət eyni zamanda onun topdan və pərakəndə şəkildə satışını həyata keçirir. Yaxın vaxtlarda isə müəssisə diri quşlardan əldə olunan quş zılının ilkin formada, yarımfabrikat kimi istifadə edilərək yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən və qablaşdırılaraq satışını həyata keçirməyi planlaşdırır. Vergi ödəyicisi bu zaman istehsalçının əlavə dəyər vergisinə (ƏDV) cəlb olunub-olunmaması ilə bağlı suala aydınlıq gətirilməsi üçün müraciət ünvanlayıb.

Vergilər Nazirliyindən daxil olan açıqlamada bildirilir ki, Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinin tələbinə uyğun olaraq, quş ətinin satışı 1 yanvar 2017-ci il tarixdən 3 il ərzində ƏDV-dən azad edilib. Qeyd olunan maddədə azadolma yalnız quş ətinə şamil edilir.

Eyni zamanda, Vergi Məcəlləsinin 164.1.18-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr 2014-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV-dən azad olunub. Quş zılı (peyini) isə kənd təsərrüfatı məhsullarına aid edilmədiyi üçün ümumi qaydada ƏDV-yə cəlb olunur.

Qeyd: Bu məqamda Vergi Məcəlləsinin 164.1.18-ci, 164.1.37-ci maddələri, Dövlət Statistika Komitəsinin 15 iyul 2009-cu il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş "Məhsul növləri təsnifatı" əsas götürülür.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?