21 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergilər naziri İsveçrənin Azərbaycandakı səfiri ilə görüşüb

Sentyabrın 19-da Vergilər naziri Mikayıl Cabbarov İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Müriel Peneveyre və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Görüşdə Qlobal Vergi Fondu layihəsi, habelə oktyabr ayında Avropadaxili Vergi Administrasiyaları Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda keçiriləcək "Avrasiya ölkələri üçün Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi layihəsinə (BEPS) həsr olunan 5-ci Regional İclas" və BEPS layihəsi çərçivəsində əməkdaşlığın əsas istiqamətləri müzakirə edilib.

Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin də iştirak etdiyi görüşdə İsveçrə Əməkdaşlıq Ofisinin regional direktorunun müavini Simona Haberli, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin Makroiqtisadi Dəstək üzrə Proqram rəhbəri Reto Veyerman və Azərbaycan üzrə milli proqram rəhbəri Sənan Şabanov iştirak ediblər.

Görüşdə, həmçinin iki ölkə arasında əməkdaşlıq, bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi məsələləri müzakirə edilib və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur?