“Gəlir və ya mənfəət vergisi hesabatının verilməsi müddətinin uzadılması” xidməti
Bu xidmət vergi ödəyicisinin qanunvericiliklə müəyyənləşdirilmiş hallarda gəlir və ya mənfəət vergisi üzrə hesabatın təqdim olunması müddətinin uzadılması üçün müraciət etməsini əhatə edir. Vergi Məcəlləsinin 74.1-ci maddəsi vergi hesabatının təqdim edilməsi müddətinin uzadılması ilə bağlı hüquqi əsasları müəyyənləşdirir.
Gəlir və ya mənfəət vergisi hesabatının təqdim olunması müddətinin uzadılmasını istəyən vergi ödəyicisi müəyyənləşdirilmiş qaydada vergi orqanına müvafiq ərizə ilə müraciət edə bilər.
Müraciət elektron qaydada da təqdim oluna bilər. Hesabatın təqdim edilməsi müddətinin uzadılması verginin ödənilməsi müddətinin avtomatik uzadılması demək deyil.
Xidmətdən istifadə üçün tələb olunan sənədlər və müraciət qaydası ilə “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları” vasitəsilə tanış olmaq mümkündür.
Ətraflı məlumat üçün: https://xidmet.info/vahid-standartlar/vgxvs/75
Əlaqə üçün: https://www.taxes.gov.az/az/page/elaqe
https://www.taxes.gov.az/az/page/xidmet-merkezleri
