13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmlakın satışı zamanı əmlak sahibinin vergi öhdəliyi

Ölkədə biznesin inkişafı əmlak sektorunda da canlanma yaradıb. Torpaq və ya hazır tikililəri almaq istəyən vətəndaşların əmlak şirkətlərinə müraciətləri artıb. Elə onlara təklif edilən əmlakların da çeşidi çoxalıb. Bəs əmlak satılarkən onun sahibi vergiyə cəlb edilirmi? Həmin şəxslər hansı verginin ödəyicisi hesab edilirlər? Məsələn, ƏDV ödəyicisi olan "A" müəssisəsinin mülkiyyətində olan 500 kv.m torpaq sahəsinin 300 kv.m-nin üzərində avadanlıq və tikililərlə birlikdə dəyəri 100 min manat olan (avadanlıq – 50.000, tikili – 50.000) istehsal obyekti mövcuddur. 200 kv.m torpaq sahəsi boşdur və bazar qiyməti 10.000 manatdır. "A" müəssisəsi həmin əmlakları satarkən hansı öhdəlikləri yaranır? 

Vergilər Nazirliyinin mövzu ilə bağlı açıqlamasında bildirilir ki, hüquqi şəxsin mənfəət vergisinin ödəyicisi olmasına baxmayaraq, həmin şəxsin mülkiyyətində olan torpaq sahəsinin və qeyri-yaşayış sahəsinin təqdim edilməsi sadələşdirilmiş vergiyə cəlb olunur və hesablanmış verginin məbləği alğı-satqı əməliyyatını təsdiqləyən notarius tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə köçürülməlidir.

Hüquqi şəxs tərəfindən təqdimolunma əməliyyatı ƏDV-yə cəlb edilmir, eyni zamanda təqdimolunma nəticəsində əldə olunan gəlir mənfəət vergisinin vergi tutulan gəlirinə aid edilmir, ödəmə mənbəyində notarius tərəfindən tutulan vergi də gəlirdən çıxılan xərclərə aid edilmir. Misalda qeyd edilən halda, hüquqi şəxsin mülkiyyətində olan torpaq və qeyri-yaşayış sahəsi təqdim edilərkən sadələşdirilmiş vergiyə cəlb olunur.

Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini
artırmır və Vergi Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq, gəlirdən çıxılır

Avadanlığın təqdim edilməsindən əldə olunan məbləğ həmin əsas vəsaitin qalıq dəyərindən artıqdırsa, yaranmış fərq gəlirə daxil edilir və mənfəət vergisinə cəlb olunur. Aktivlərini əvəzsiz əsasla və güzəştli qiymətlə təqdim edən şəxs təqdim olunan aktivin bazar qiyməti ilə onun Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərqi gəlirinə aid etməlidir. Həmin maddədə göstərilir ki, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və Vergi Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq, gəlirdən çıxılır. Eyni zamanda, ƏDV qeydiyyatında olan müəssisə tərəfindən həmin əmlakın satışı (ƏDV nəzərə alınmadan) 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.

Qeyd: Əmlak satışı zamanı Vergi Məcəlləsinin 142-ci, 143-cü, 155.1-ci, 218.4.3-cü, 218.4.5-ci, 219.3-1-ci, 219.5-ci və 220.8-ci maddələrinə istinad edilir.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?