17 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Vergi Xidmətinin rəhbər vəzifəli şəxsləri üçün “İşgüzar etika” təlimi təşkil edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) çalışan əməkdaşların bilik və bacarıqlarının təkmilləşdirilməsi, peşəkarlığının artırılması, yumşaq bacarıqlarının inkişafı üçün müxtəlif layihələr və proqramlar həyata keçirilir. Bu istiqamətdə Dövlət Vergi Xidmətinin rəhbər vəzifəli şəxsləri üçün “İşgüzar etika” təlimi təşkil edilib. Təlim zamanı iştirakçılar iş mühitində etik prinsiplərin və korporativ mədəniyyətin formalaşması, işgüzar ünsiyyət üçün əhəmiyyətli olan səriştələr barədə məlumatlandırılıblar. Təlim çərçivəsində işgüzar münasibətlərdə səmərəli davranış standartları, effektiv kommunikasiya prinsipləri və etik qaydalara uyğun liderlik bacarıqlarının inkişafı ilə bağlı biliklərin mənimsənilməsi diqqətdə saxlanılıb.

İki gün davam edən təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və nümunəvi təcrübələr təqdim edilib.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?