23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Kirayə xərcləri üzrə ƏDV-nin əvəzləşdirilməsində “illik gəlirin 1%-i” məhdudiyyəti necə tətbiq olunur?

Kirayə xərcləri üzrə ƏDV-nin əvəzləşdirilməsində “illik gəlirin 1%-i” məhdudiyyəti necə tətbiq olunur?

Vergi Məcəlləsinin 175.3-cü maddəsinə əsasən, mənzil və yemək xərci üzrə ödənilmiş ƏDV məbləği əvəzləşdirilə bilər. Nazirlər Kabinetinin 22 noyabr 2024-cü il tarixli 492 nömrəli qərarı ilə təsdiq edilən qaydaya əsasən, mənzil (yaşayış mənzillərinin və fərdi yaşayış evlərinin kirayələnməsi) xərclərinin 50 faizi, lakin əldə edilmiş illik gəlirin 1 (bir) faizindən çox olmamaqla, vergitutma məqsədləri üçün gəlirdən çıxılır. Əgər vergi ödəyicisi mənzil xərcini (kirayə haqqını) elektron qaimə-faktura əsasında ƏDV ödəyicisi olan kirayəverənə ödəyirsə, bu halda kirayə haqqının 50%-i üzrə ƏDV məbləğini əvəzləşdirə bilər. Lakin bu zaman bir sual yaranır: ƏDV-nin əvəzləşdirilməsi zamanı təqvim ili bitmədiyi halda "illik gəlirin 1 faizindən çox olmamaqla" tələbinə necə riayət edilə bilər?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.11.2024-cü il tarixli 492 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın müddəalarına əsasən, işçilərlə bağlı vergi ili ərzində çəkilmiş mənzil (yaşayış mənzillərinin və fərdi yaşayış evlərinin kirayələnməsi) xərclərinin 50 faizi, lakin əldə edilmiş illik gəlirin 1 (bir) faizindən çox olmamaqla, vergi ödəyicisi tərəfindən vergi ili ərzində çəkilmiş nümayəndəlik xərclərinin 50 faizi, lakin əldə edilmiş illik gəlirin 1 (bir) faizindən çox olmamaqla, vergitutma məqsədləri üçün gəlirdən çıxılır. Vergi Məcəlləsinin 175.3-cü maddəsinə əsasən həmin Məcəllənin 109.4-cü və 119.2-ci maddələrində göstərilən xərclər istisna olmaqla, həmin Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulan xərclər çəkiləndə, ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir.

Qeyd olunanlara əsasən, vergi ödəyicisi tərəfindən vergi ili ərzində çəkilmiş işçilərlə bağlı mənzil xərcləri üzrə ödənilmiş ƏDV məbləğləri əvəzləşdirildikdə və ilin yekunlarına əsasən çəkilmiş həmin xərclər müəyyən olunmuş normadan artıq olduqda, o zaman norma həddinin keçdiyi vaxtda normadan artıq olan hissəyə görə əvəzləşdirilmiş ƏDV məbləğləri müvafiq dövrə (və ya dövrlərə) dəqiqləşdirilmiş hesabat verilməklə dürüstləşdirilməli və vergilər hesablanmış faizlərlə birlikdə dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 175-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 22 noyabr tarixli 492 nömrəli Qərarı.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?