17 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İnzibati şikayətlərin sayı azalıb

2024-cü ildə Dövlət Vergi Xidmətinə inzibati şikayətlər üzrə ümumilikdə 9.687 müraciət daxil olub ki, bu da əvvəlki illə müqayisədə 35,9 faiz azdır. Mübahisələndirilən məsələlərlə bağlı daxil olan ilk müraciətlərin (faktiki müraciətlər) sayı 2023-cü ilə nisbətən 34,3 faiz azalaraq 7.153 təşkil edib. Faktiki müraciətlərin 94 faizdən çoxu kameral vergi yoxlamaları, qalanları isə səyyar vergi yoxlamaları, operativ vergi nəzarəti və digər kateqoriyalı şikayətlərlə bağlı olub.

Kameral vergi yoxlamaları üzrə daxil olmuş faktiki müraciətlərin böyük hissəsi məcburi sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta, mənfəət (gəlir) vergisi bəyannaməsində təsdiqini tapmayan xərclərə əsasən aparılan hesablamalar, təqdim olunan e-qaiməyə əsasən hesablamalar, mikrosahibkarlıq subyektlərinə verilmiş güzəştlər, bank hesabına daxil olmuş vəsaitə görə aparılan hesablamaları əhatə edib.

Daxil olan şikayətlərin sayında azalmanın başlıca səbəbləri kameral vergi yoxlamaları ilə aşkar edilən kənarlaşmalar üzrə hesablamaların dəqiqləşdirilməsi, eyni zamanda, vergi ödəyicilərinin qanunvericiliyin tələbləri ilə bağlı mütəmadi olaraq məlumatlandırılmasıdır.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?