17 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi borclarının ödənilməsi ilə bağlı proaktiv məlumatlandırma tədbirləri davam etdirilir

2024-cü il ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən borclu vergi ödəyicilərinə hesablanmış vergilər, sığorta haqları, faizlər və tətbiq olunmuş maliyyə sanksiyaları üzrə borcların ödənilməsi ilə bağlı proaktiv məlumatlandırma tədbirləri davam etdirilib. Belə ödəyicilərin məlumatlandırılması məqsədilə onlara ümumilikdə 1,3 milyon rəsmi bildirişin, mobil əlaqə nömrələrinə 561,8 min sayda qısa mesajların göndərilməsi, eləcə də 208,6 min sayda telefon zənginin edilməsi təmin olunub.

Vergi borcunun dövlət büdcəsinə alınması məqsədilə borclu vergi ödəyicilərinin aktiv bank hesablarına müvafiq sərəncamlar göndərilib, 7.008 şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması təmin olunub, borclu vergi ödəyicilərinin əmlaklarının siyahıya alınması barədə ümumilikdə 12 min qərar qəbul edilib.

Bununla yanaşı, Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 82-ci maddəsinin müddəalarına əsasən, borclu vergi ödəyicilərinin borcunun ödənilməsi ilə bağlı tələbin icraya yönəldilməsi barədə ümumilikdə 5,1 min qərar qəbul edilib, 643 vergi ödəyicisi üzrə cinayət tərkibi yaradan materiallar aidiyyəti istintaq orqanına göndərilib.

Qeyd edək ki, vergi inzibatçılığının müqayisəli qiymətləndirilməsini təmin edən vasitələrdən biri də Beynəlxalq Valyuta Fondunun hazırladığı Vergi İnzibatçılığı Diaqnostik Qiymətləndirmə Alətidir (TADAT). TADAT Metodologiyasına əsasən, vergi borclarının məbləği və hərəkət göstəricisi büdcə ilinin sonunda ümumi vergi borclarının həmin tarixə olan ümumi vergi gəlirlərinə nisbəti ilə ölçülür. Bu metodologiyaya əsasən, Dövlət Vergi Xidməti tərəfindən 2024-cü il üzrə borcun alınması sahəsində həyata keçirilmiş inzibatçılıq “lazımi səviyyədə təşkil olunmuş” kimi qiymətləndirilib.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?