27 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü?

01.09.2024 tarixində yaradılmış şirkət (sadələşdirilmiş verginin ödəyicisi) 25.11.2024 tarixində könüllü olaraq ƏDV qeydiyyatına düşüb. Şirkətin ƏDV  qeydiyyatını əvvəlki tarixlərə keçirmək mümkündür? Mümkündürsə, 01.10.2024 və ya 01.11.2024 tarixinə ƏDV qeydiyyatına alınması üçün nə etməliyik? Qeydiyyat ərizəsini 25.11.2024 tarixində verdiyimiz üçün yenidən müraciət edə bilmirik. Əvvəlki tarixə qeydiyyat üçün necə müraciət etmək olar?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi forma üzrə verilməlidir. Məcəllənin 157.2-ci maddəsində qeyd olunur ki, şəxs ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçərkən vergi orqanı həmin şəxsi ƏDV ödəyicilərinin dövlət reyestrində qeydə almağa və ərizə verildikdən sonra 5 iş günündən gec olmayaraq ona İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi forma üzrə qeydiyyat bildirişi verməyə, həmin bildirişdə vergi ödəyicisinin adını və ona aid olan digər məlumatları, qeydiyyatın qüvvəyə mindiyi tarixi və VÖEN-i göstərməyə borcludur.

O da bildirilib ki, əvvəlki tarixə könüllü qeydiyyat zamanı, Vergi Məcəlləsinin 157.3.3-cü maddəsinə əsasən, bu Məcəllənin 85.4-cü maddəsi ilə müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən tarixdə həmin şəxs ƏDV ödəyici kimi qeydiyyata alınır.

Vergi Məcəlləsinin 85.4-cü maddəsində göstərilən 3 illik dövr bitdikdən sonra vergi ödəyicisi tərəfindən ƏDV-nin dəqiqləşdirilməsinə və əvəzləşdirilməsinə yol verilmir. Bu maddənin müddəaları Məcəllənin 218.4.1-ci maddəsində göstərilən şəxslərə, habelə Azərbaycan Respublikasının ərazisində yük daşımalarını həyata keçirən şəxslərə tətbiq edilmir.

Vergi ödəyicisi elektron sistemə daxil olaraq vergi orqanına müvafiq ərizə formasında müraciət edə bilər: https://new.e-taxes.gov.az/etaxes/

VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir?