24 Avqust 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yemək xərclərinə görə hesablanan sığorta haqları gəlirdən çıxılırmı?

İşçiyə şirkət tərəfindən yemək üçün kart vasitəsilə əlavə vəsait ödənilib. Bu Vergi Məcəlləsinin 98.2.3-cü maddəsi ilə işçinin gəliridir. Lakin Vergi Məcəlləsinin 109.9-cu maddəsində bu gəlir vergi tutulan gəlir sayılmır. “Sosial sığorta haqqında” qanunun 15-ci maddəsində yemək xərclərindən sığorta hesablanmalıdır. Sualım belədir ki, yemək xərclərinə görə hesablanan, sığortaedən tərəfindən ödənilən sosial sığorta haqları gəlirdən çıxılırmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 01.01.2024-cü il tarixdən etibarən nümayəndəlik xərcləri, işçilərlə bağlı mənzil və yemək xərcləri, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclər norma daxilində gəlirdən çıxılan xərclərə aid edilib.

Vergi Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, nümayəndəlik xərclərinin, işçilərlə bağlı mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin gəlirdən çıxılması normaları və qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, yemək xərclərinin əvəzinin birbaşa işçiyə ödənilməsi zamanı işçiyə ödənilmiş yemək xərclərinin əvəzi işçinin muzdlu işdən gəlirinə aid edilir və gəlir vergisinə cəlb edilir.

Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən, bu Məcəllənin 119.2-ci maddəsində nəzərdə tutulmuş xərclər istisna olmaqla, işçilərin və onların ailə üzvlərinin sosial xarakterli xərclərinin və əyləncə xərclərinin gəlirdən çıxılmasına yol verilmir.

Vergi Məcəlləsinin 116-cı maddəsinə əsasən, öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması, habelə xarici sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları istisna olmaqla, sığortalının və təkrarsığortalının ödədiyi sığorta haqları gəlirdən çıxılır.

Əsas: 119.2-ci, 109.3-cü, 116-cı maddələri.

VergiYemək xərclərinə görə hesablanan sığorta haqları gəlirdən çıxılırmı? VergiHansı halda nağd ödəniş etmək mümkündür? VergiMusiqi əsərini xaricə satan fiziki şəxsin vergi öhdəlikləri Vergiİlin bəzi aylarında fəaliyyətini dayandıran vergi ödəyicisi 75 faizlik güzəştdən yararlana bilərmi? Vergiİcarə müqaviləsinin vergi orqanında qeydiyyatı Video“ƏDV geri al” layihəsi uğurla tətbiq edilir VİDEO VergiAktiv ƏDV ödəyicilərinin sayı 9,2 faiz artıb VergiMənfəət vergisi bəyannaməsinin təqdim olunması qaydası VergiStartaplara amortizasiya ilə bağlı verilən güzəşt müddəti bitdikdən sonra qalan məbləğlər VergiVergi borcunun müddətinin uzadılması halları