Mikayıl Cabbarov: “Azərbaycan və Tacikistan arasında birgə layihələrin həyata keçirilməsi üçün böyük imkanlar var”
“2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan ilə Tacikistan arasında ticarət dövriyyəsi 78% artıb. Ölkələrin iqtisadi imkanlarını nəzərə alsaq, ticarət dövriyyəsinin daha da artması üçün geniş perspektivlər mövcuddur”.
Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Tacikistan biznes forumunda deyib.
Nazir sənaye kooperasiyası sahəsində yüngül, kimya və mədənçıxarma sənayesində birgə layihələrin həyata keçirilməsi üçün böyük imkanların olduğunu qeyd edib.
İqtisadiyyat naziri ölkədə mövcud olan sənaye zonaları, o cümlədən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sənaye zonalarının qarşılıqlı maraqlara əsaslanan fəaliyyət üçün daha bir gözəl imkan olduğunu qeyd edib. Əlavə edib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşən Ələt Azad İqtisadi Zonası beynəlxalq investorlarla işgüzar əlaqələrə hazırdır və rezidentlərə müxtəlif üstünlüklər və gəlirləri sərbəst şəkildə repatriasiya etmək imkanı yaradır.
Nəqliyyat sektorundan danışan nazir qeyd edib ki, Orta Dəhliz İpək Yolunun tərkib hissəsi kimi emal daşımalarının həcminin davamlı artımını əks etdirir. 2023-cü ildə bu marşrutla daşınan yüklərin həcmi 86% artaraq 2,7 milyon ton təşkil edib.
Nazir onu da qeyd edib ki, BMT-nin növbəti iqlim konfransı olan COP29 bu ilin noyabrında Bakıda keçiriləcək. Təbii sərvətlər Azərbaycan iqtisadiyyatında həlledici rol oynamağa davam etsə də, ölkə ətraf mühitin mühafizəsinə sadiqdir.
M.Cabbarov əhəmiyyəti və miqyasına görə unikal olan bu platformada tacikistanlı həmkarlarının iştirakının vacibliyini vurğulayıb və onları bu tədbir münasibətilə yenidən Bakıya səfərə dəvət edib.