3 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi borcunun müddətinin uzadılması halları

Təbii fəlakət səbəbindən MMC-yə məxsus tikinti materialları mağazasında olan malların hamısı zay olub. Cəmiyyətin 2024-cü il fevralın 1-i tarixinə 8.000 manat vergi borcu mövcuddur, müəssisə məlum səbəblərdən ziyana düşdüyü üçün həmin borcu ödəyə bilmir. Bu halda borcumuzu müəyyən müddət sonra ödəyə bilərikmi?
 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 85.6.1-ci maddəsinə əsasən, təbii fəlakət, təhlükə potensiallı obyektlərdə baş verən qəzalar və ya digər qarşısıalınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəydikdə vergi öhdəliklərinin yerinə yetirilməsi müddətləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdən daha gec müddətə dəyişdirilə bilər. Bu halda vergi ödəyicisi hadisənin baş verməsi və onun nəticəsində dəymiş zərərin məbləği barədə müvafiq dövlət orqanlarının arayışlarını təqdim etməlidir.

Eyni zamanda, 2024-cü ilin yanvarın 1-dən Vergi Məcəlləsinin qüvvəyə minmiş müddəalarına əsasən, həmin Məcəllənin 85.6-cı maddəsində nəzərdə tutulmuş əsaslar olduğu halda, vergi ödəyicisi vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması məqsədilə müraciətdə göstərilən vergi borcunun 10 faizini ödəməlidir. Bu Məcəllənin 85.9-3-cü maddəsində nəzərdə tutulmuş ödəniş edilmədiyi təqdirdə, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadıla bilməz.

Qeyd olunanlara əsasən, MMC tərəfindən təbii fəlakətin baş verməsi və bunun nəticəsində dəymiş zərərin məbləği barədə müvafiq dövlət orqanlarının arayışları vergi orqanına təqdim edilməklə və müraciətdə göstərilən vergi borcunun 10 faizi ödənilməklə müəssisənin vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadıla bilər.

Əsas: Vergi Məcəlləsinin 85.6-cı və 85.9-3-cü maddələri

VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi?