25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır

Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır

2024-cü ilin yanvar-may aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət strukturlarında ümumilikdə 16.518 şəxs qəbul edilib. Vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 21.395 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 dəfə çoxdur.

Yanvar-may ayları ərzində vergi ödəyicilərinə 195.807 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 42 görüş keçirilib, 305 sayda ünvanlı xidmət göstərilib, 2.239 müraciət üzrə 4.098 Asan İmza sertifikatı verilib.

2024-cü ilin 5 ayında Naxçıvan, Şərur və Ordubad şəhərlərində fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 15.345 şəxs qəbul edilib və onlara 20.046 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?