25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olan şəxslərin vergi öhdəliyi

Fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olan şəxslərin vergi öhdəliyi

Təcrübədə vətəndaşlar üçün fərdi yaşayış evlərinin tikintisi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin vergi mükəlləfiyyətlərinin müəyyənləşdirilməsində çətinliklərə rast gəlinir. Bu istiqamətdə yaranan suallara vergi eksperti İlqar Əsədov “vergiler.az” vasitəsilə aydınlıq gətirir: 

Fərdi yaşayış evlərinin tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tez-tez sadələşdirilmiş verginin ödəyicisi olub-olmamaq, ƏDV qeydiyyatına alınıb-alınmamaqla bağlı suallar ünvanlayırlar. Bu fəaliyyəti tənzimləmək üçün Vergi Məcəlləsinə, Şəhərsalma və Tikinti Məcəlləsinə, eləcə də “Lisenziyalar və icazələr haqqında” Qanuna nəzər salmaq lazımdır.

“Lisenziyalar və icazələr haqqında” Qanunun tələbinə əsasən, hər bir tikinti fəaliyyətinə deyil, yalnız tikintisinə icazə tələb edilən bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyətinə lisenziya tələb olunur. Bəs hansı tikililər üçün icazə almaq tələbi qoyulub?

Şəhərsalma və Tikinti Məcəlləsinin 79 və 80-ci maddələrinə əsasən, torpaq sahəsində yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən 100 kvadratmetrdən yuxarı olmayan yardımçı tikililərin, hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan birmərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin, xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün icazə tələb edilmir.

Bu o deməkdir ki, belə tikililər üçün lisenziya da tələb edilmir. Lakin o demək deyildir ki, lisenziya tələb olunmayan hallarda işləri görən şəxs sadələşdirilmiş verginin ödəyicisi ola bilər. Belə ki, Vergi Məcəlləsinin 154.6-cı maddəsinə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV ödəyiciləri sayılırlar. Onlar, həmçinin, gəlir (mənfəət) vergisi ödəyiciləri olacaqlar.

Beləliklə, Vergi Məcəlləsinin tələbinə görə, fərdi yaşayış evlərinin tikintisi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər ƏDV qeydiyyatına alınmalı və gəlir (mənfəət) vergisi ödəməlidirlər.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?