18 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elektron qaimə-fakturalarla rəsmiləşdirilən dövriyyələr artıb Video

Mal dövriyyələrinin elektron qaimə-fakturalarla rəsmiləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər müsbət nəticəsini verməkdədir. Bu ilin ilk 5 ayında əvvəlki ilin müvafiq dövrünə nisbətən qeyri-neft sektorunda 6,3 faiz artım qeydə alınıb. Burada malların elektron qaimə-fakturalarla rəsmiləşdirilməsinin də rolu qeyd edilməlidir. Bəs elektron qaimə-fakturaların tətbiqi səviyyəsi sektorlar üzrə necədir?

Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov "vergiler.az" saytının "Rəsmi cavab" rubrikasında elektron qaimə-fakturaların tətbiqi səviyyəsinin sektorlar üzrə ilkin nəticələrini açıqlayıb. Qeyd edilib ki, 2017-ci il aprelin 1-dən əlavə dəyər vergisinin (ƏDV) ödəyiciləri, 2018-ci il yanvarın 1-dən isə digər vergi ödəyiciləri tərəfindən elektron qaimə-fakturaların tətbiqi imperativ xarakter daşıyır. Elektron qaimə-fakturaların tətbiqi səviyyəsi ayrı-ayrı sektorlar üzrə nəticələrdə müsbət tendensiyalarla müşayiət olunur: "Əgər rəqəmlərə müraciət etsək, 2018-ci ilin ilk 4 ayı ilə müqayisədə 2019-cu ilin ilk 4 ayı ərzində elektron qaimə-fakturalarla rəsmiləşdirilən dövriyyələrin xüsusi çəkisində ciddi artımların olduğunu söyləyə bilərik.

Elektron qaimə-fakturaların tətbiqi səviyyəsi ayrı-ayrı sektorlar
üzrə nəticələrdə müsbət tendensiyalarla müşayiət olunur

Bu ilin və ötən ilin müvafiq dövrlərinin müqayisəsində təxminən 10 faiz artım qeydə alınıb. Nağd dövriyyənin daha çox olduğu topdan ticarət, pərakəndə satış, ictimai iaşə sektorunda elektron qaimə-fakturaların tətbiqi səviyyəsinə baxsaq, burada da ciddi artımlar müşahidə olunur. Pərakəndə ticarət sektorunda dövriyyələrdə ötən ilin ilk 4 ayı ilə müqayisədə 35 faiz artım baş verib. Pərakəndə ticarət sektorunun özünün əldə etdiyi elektron qaimə-fakturada isə 70 faizdən çox artım qeydə alınıb".

Natiq Şirinov bildirib ki, eyni tendensiyanı ictimai iaşə sektorunda da müşahidə etmək mümkündür: bu sektor üzrə elektron qaimə-fakturalarla rəsmiləşdirilmə dövriyyələrdəki artımdan iki dəfə çoxdur.

VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər?