29 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Korrupsiya ilə mübarizə mövzusunda təlimlər davam etdirilir

“İqtisadiyyat Nazirliyində 2023-cü ilin ikinci yarımilliyi üçün korrupsiya risklərinin qiymətləndirilməsi və qarşısının alnması planı”na əsasən, vergi ödəyiciləri ilə müvafiq maarifləndirmə və təşviqat işlərinin səmərəliliyinin artırılması, vergi orqanı əməkdaşlarında antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi və s. mövzularda silsilə təlimlərin keçirilməsi davam etdirilir.

Növbəti belə təlim Zaqatala şəhərində 13 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları, həmçinin Qax, Zaqatala və Balakən rayonlarında fəaliyyət göstərən vergi ödəyiciləri üçün təşkil olunub. Təlimdə “Dövlət vergi orqanlarında korrupsiyaya qarşı mübarizə”, “Dövlət vergi orqanlarında etik davranış qaydaları və maraqların toqquşması halları ilə mübarizə”, “Korrupsiyaya qarşı mübarizə” və “Vergidən yayınma əməllərinə görə məsuliyyət” kimi mövzuları əhatə edən təqdimatlar dinlənilib.

Təlim zamanı dinləyicilərin korrupsiya ilə mübarizə, vergidən yayınma əməlləri və onların nəticələri barədə sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

Təlimdə DVX rəisinin müşaviri, Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Elçin Məmmədov, Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov, Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi baş idarəsinin şöbə rəisi Altay Rəhimov, İnsan resursları baş idarəsinin şöbə rəisi Kamran Məmişov, Tədris Mərkəzinin şöbə rəisi Nazim Əliyev və Daxili təhlükəsizlik baş idarəsinin əməkdaşı Mahir Əliyev və 13 saylı ƏVİ-nin vəzifəli şəxsləri iştirak ediblər.

VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu?