4 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Biznesə daxilolma” İşçi qrupunun iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib. Görüşdə Dövlət Vergi Xidməti ilə yanaşı, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, eləcə də ölkənin aparıcı konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər.

İşçi qrupun üzvü, DVX-nin Dövlət qeydiyyatı baş idarəsinin rəis müavini Hüsniyyə Abdullayeva Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə bu ilin 3-cü rübündə görülmüş işlər barədə məlumat verilib.

Tədbir iştirakçıları Yol Xəritəsinin xarici investisiyalı hüquqi şəxslər üzrə xarici dildə sənədlərin autentifikasiyası istiqamətində nəzərdə tutulan işləri müzakirə ediblər. Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Konsulluq məsələləri şöbəsinin müdiri Anar Məmmədov konsulluq leqallaşdırılması üzrə elektron informasiya sisteminin yaradılması və bununla bağlı normativ-hüquqi aktların qəbul olunması istiqamətində görülən işlər barədə danışıb. Qeyd olunub ki, ilin sonunadək bir sıra konsulluq bölmələrində texniki infrastrukturun qurulması gözlənilir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Azintelecom” MMC-nin İnformasiya təhlükəsizliyi departamentinin Etimad xidmətləri şöbəsinin müdiri Fərid İsmayılzadə Yol Xəritəsi çərçivəsində biometrik eyniləşdirmə tələb olunan sahələr üzrə texniki inteqrasiya işlərinin başa çatdığını bildirib, tətbiq imkanları araşdırılan “Açıq açarlar infrastrukturu” üzrə görülmüş işləri işçi qrup üzvlərinin diqqətinə çatdırıb.
İşçi qrupun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Yol Xəritəsi üzrə həyata keçirilməsi nəzərdə tutulan işlərin əhəmiyyətli hissəsinin yerinə yetirilməsinin müsbət məqam olduğunu vurğulayıb. Qeyd olunub ki, başa çatdırılması zəruri olan işlər üzrə səylərin artırılması məqsədilə aidiyyəti dövlət qurumları tərəfindən əlavə dəstək təqdim edilə bilər. Yol Xəritəsinin reallaşdırılmasının ölkəmizdə biznesin qeydiyyatı sahəsinə bir sıra yeniliklər gətirəcəyi, prosesin həm yerli, həm də xarici investorlar üçün daha da sadələşməsinə səbəb olacağı bir daha vurğulanıb.

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması