18 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə aparılan əməliyyatların üstünlükləri

Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində kassa əməliyyatları barədə məlumatları ötürməyə imkan verən yeni nəsil nəzarət-kassa aparatlarının tətbiq olunması sahəsində işlər davam etdirilir. Nazirlər Kabinetinin təsdiq etdiyi qrafikə uyğun müəyyən olunan tarixədək Bakı, Gəncə və Sumqayıt şəhərlərində müvafiq fəaliyyət sahələri üzrə yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqinə keçidin birinci mərhələsinin başa çatdırılması planlaşdırılır.

Yeni nəsil nəzarət-kassa aparatları nəzarət mexanizmi qurğusu ilə təchiz edilmiş yeni növ proqram-aparat kompleksidir. Onun vasitəsilə alınmış və emal edilmiş çek məlumatlarının, habelə e-kassada həyata keçirilən əməliyyatlar barədə məlumatların yığılması, emalı, saxlanılması və real vaxt rejimində Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülməsi təmin edilir. Yeni nəsil kassa aparatı ticarət, ictimai iaşə və digər sahələrdə əhali ilə pul hesablaşmalarının aparılmasında istifadə edilir. Yeni nəsil kassa aparatları köhnə nəsil kassa aparatları ilə müqayisədə bir çox üstünlüklərə malikdir. Bu üstünlüklərə, əsasən, məlumatların onlayn ötürülməsi, kriptoqrafiq prosedurlardan istifadə edilməsi, yeni çek formalarının tətbiq olunması və aparılmış əməliyyatlar üzrə təhlil imkanlarının yaradılması daxildir.

Yeni nəsil kassa aparatları vasitəsilə aparılan əməliyyatlar (malların təqdim olunması və xidmətlərin göstərilməsi) zamanı həyata keçirilən hesablaşmalar barədə məlumatlar Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülür. Kriptoqrafik alqoritmlərdən kassa əməliyyatlarının aparılması və məlumatların Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülməsi zamanı istifadə edilir. Qeyd olunan kriptoqrafik prosedurlar kassa əməliyyatları zamanı formalaşdırılan çeklərin tamlığına və autentikasiyasına nəzarət məqsədilə istifadə olunur.

Yeni çek formalarının əsas üstünlüklərindən biri - üzərində qeyd edilən QR kodudur (və unikal identifikator). Onun vasitəsilə müştərilər, yəni istehlakçılar həmin çekin Vergilər Nazirliyinin informasiya sistemləri bazasında olub-olmamasını yoxlamaq imkanı əldə edirlər.

Vergi ödəyicisinə gündəlik dövriyyəsi, əməliyyatlarının həcmi barədə məlumatları şəxsi kabineti vasitəsilə məsafədən ala bilməsi üçün imkanların yaradılması da nəzərdə tutulur. Bununla yanaşı, vergi orqanı ödəyicilərin məlumatları ilə tanış olmaq imkanı əldə edəcək. Belə ki, məsafədən təhlil imkanları nəticəsində vergi ödəyicilərinin kassa intizamına əməl edib-etmədiyinə dair qənaətə gəlmək mümkün olacaq.

Qeyd olunan üstünlüklər vergi yoxlamalarının ümumi sayının qismən azalmasına, sistemin şəffaflığının artırılmasına, kassa əməliyyatlarının (biznesin) uzaqdan idarə olunmasına, satış əməliyyatlarının sadələşməsinə və digər müsbət dəyişikliklərə yol açacaq.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri