25 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qeyri-rezident fiziki şəxsin göstərdiyi xidmətlərin vergiyə cəlb olunması

Rezident hüquqi şəxs (icraçı) Azərbaycan Respublikası ərazisində konsertlərin təşkili ilə məşğul olur. İfaçılar əsasən xarici ölkələrdən dəvət edilən müğənnilərdir (qeyri-rezident fiziki şəxslər). Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən, müğənninin əldə etdiyi gəlirlərin mənbəyi (ödənilən qonorar) Azərbaycan Respublikası olduğu üçün 10% dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb edilir. Bilmək istəyirəm ki, Vergi Məcəlləsinin 168.1.5 və 169.2-ci maddələri qeyri-rezident fiziki şəxsə ödəniş zamanı tətbiq edilməlidirmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi qanunvericiliyinə əsasən, qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəliri ödəmə mənbəyində xərclər çıxılmadan Vergi Məcəlləsinin 125-ci maddəsi ilə müəyyən edilmiş dərəcələrlə vergiyə cəlb edilir. Bunlarla yanaşı, Azərbaycan Respublikası ərazisində malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyekti hesab edilir.

Əlavə olaraq bildiririk ki, ƏDV-nin məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer Vergi Məcəlləsinin 168-ci maddəsi ilə müəyyən edilir. Belə ki, Vergi Məcəlləsinin 168.1.3-cü maddəsinə əsasən, xidmətlər mədəniyyət, incəsənət, təhsil, bədən tərbiyəsi və ya idman sahəsində, yaxud digər analoji fəaliyyət sahələrində göstərilirsə, ƏDV məqsədləri üçün xidmətlərin faktiki göstərildiyi yer işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer sayılır.

Buna əsasən, sorğuda qeyd olunan qeyri-rezident fiziki şəxsin göstərdiyi xidmətlərə görə ödənilən məbləğdən 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 125-ci, 168-ci və 169-cu maddələri

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?