Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır
Naxçıvan Şəhər Vergilər İdarəsinin 2023-cü ilin may ayında istifadəyə verilən Vergi ödəyicilərinə xidmət mərkəzi tərəfindən may-sentyabr ayları ərzində ümumilikdə 8065 sayda qəbul həyat keçirilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, Mərkəzdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu və qeydiyyat, bəyannamələrin, cari vergi ödəmələrinin hesablanması və s. məsələlərlə bağlı 11 850 xidmət göstərilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə göstərilən xidmətlərin sayından 3 dəfə çoxdur.
Hesabat dövründə mərkəz tərəfindən 1547 müraciət üzrə 3674 Asan İmza sertifikatı verilib. Bu, ötən ilin eyni dövrünə nisbətən müraciət edənlərin sayında 2,8 dəfə, təqdim olunan Asan İmza sayında isə 4,4 dəfə artım deməkdir.