27 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Vergi Xidməti hüquq və konsaltinq şirkətləri ilə onlayn görüş keçirib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən hüquq-konsaltinq şirkətləri ilə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı mövzusunda onlayn görüş keçirilib.

Xidmətdən verilən məlumata görə, tədbirdə DVX-nin Dövlət qeydiyyatı baş idarəsinin əməkdaşı Lalə Əhmədova “Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı, bu sahədə aparılan islahatlar” mövzusunda təqdimatla çıxış edərək ölkəmizdə biznesə başlama sahəsində mövcud vəziyyət, aparılmış islahatlar və əldə olunan nəticələr barədə məlumat verib.

Görüşdə bildirilib ki, cari ilin may ayında Polşanın Varşava şəhərində Dünya Bankı Qrupunun “Business Ready (B-Ready)” layihəsi üzrə “Metodoloji kitabça” hazırlanıb. Həmin sənədin bir hissəsi “Biznesə daxilolma” indikatorunu əhatə edir. Ötən müddət ərzində DVX tərəfindən "Biznesə daxilolma" indikatoru üzrə “Qiymətləndirmə vərəqi”nin simulyasiyası həyata keçirilib. “Metodoloji kitabça”ya əsasən, “B-Ready” layihəsinin adıçəkilən indikator üzrə qiymətləndirmə 3 istiqamətdə həyata keçiriləcək. Bunlar biznesə daxiloma üzrə qanunvericilik (Business entry regulations), startaplar üçün rəqəmsal dövlət xidmətləri və məlumatların şəffaflığı (Digital public services and transparency of information for business start-ups) və praktikada biznesə daxilolmanın effektivliyidir (Efficiency of business entry in practice).

Təqdimatdan sonra görüş iştirakçıları “Business Ready (B-Ready)” hesabatının “Biznesə daxilolma” indikatoru üzrə cavablandırılmış sorğu vərəqəsini müzakirə ediblər. Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayev, “Bizcon Audit” MMC-nin direktoru Anar Bayramov, “BM Morrison Partners” şirkətinin baş hüquqşünası Mustafa Salmanov və digər iştirakçılar sorğu vərəqəsi üzrə yaranan suallar və həllini tələb edən məsələlər, o cümlədən kommersiya hüquqi şəxslərin adlarının unikallığı üçün əmtəə nişanlarının adının hüquqi şəxslərdə təkrarlanmaması, kommersiya hüquqi şəxslərin qanuni təmsilçisi hesab olunan şəxslər və direktorların işlərindən ayrıldıqları zaman yaranan öhdəlikləri və s. məsələləri müzakirə ediblər, təkliflərini səsləndiriblər.

Görüşdə qeyd olunub ki, hazırda Yol Xəritəsinin reallaşdırılması üzrə İşçi qrup bir sıra yeni layihələr üzərində çalışır.

İştirakçıların müxtəlif məzmunlu sualları cavablandırılıb.

VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü?