7 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi ödəyicilərinə 256 mindən çox Asan İmza sertifikatı verilib

2023-cü ilin yanvar-avqust ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 420.049 şəxs qəbul edilib, onlara 770.280 sayda xidmət göstərilib ki, bunlardan 204 mindən çoxu şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualları cavablandırılması), 177 mindən çoxu isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) bağlı olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, ümumi elektron xidmətlərin 88 faizini 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

  • Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

  • Qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun verilməsi və yenidən verilməsi;

  • Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;

  • Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

  • Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

  • Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

  • Asan İmza sertifikatlarının verilməsi;

  • Vergi ödəyicisinə arayışların verilməsi;

  • Fiziki şəxsin uçotdan çıxarılması;

  • Vergi ödəyicisinin fəaliyyətinin bərpası.

Yanvar-avqust ayları ərzində vergi ödəyicilərindən daxil olmuş 20,7 minə yaxın yazılı müraciət cavablandırılıb, 7,7 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib, mobil telefon nömrələrinə 1 milyon 254 minə yaxın SMS göndərilib. Dövr ərzində 2189 vergi ödəyicisinin iştirakı ilə 180 görüş keçirilib, 3.123 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.

İlin əvvəlindən 169.469 müraciət üzrə 256.569 Asan İmza sertifikatı verilib. 13 mindən çox vergi ödəyicisinin mövcud sertifikatının yenilənməsi qüvvədə olan Asan İmza, onlara yeni sertifikatların verilməsi isə elektron xidmətlər vasitəsilə həyata keçirilib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?