12 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aksizli malların dövriyyəsinə nəzarət tədbirləri davam etdirilir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlıq subyektlərinin fəaliyyətinə, o cümlədən aksiz markası ilə markalanmalı olan malların dövriyyəsinə nəzarət tədbirlərini davam etdirir. Avqustun 22-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 124B ünvanında yerləşən köşk və su satışı ilə məşğul olan Mahmudov Elçin Qüdrət oğluna məxsus obyektdə aksiz markası ilə markalanmalı olan, lakin markalanmamış tütün məmulatlarının qanunsuz satışı və dövriyyəsi faktı aşkarlanıb.

Xidmətdən "vergiler.az"a verilən məlumata görə, araşdırma zamanı həmin obyektdə sahibkar E.Mahmudov tərəfindən qanunsuz yolla əldə olunmuş, aksiz markası ilə markalanmalı olan, lakin belə marka olmadan tütün məmulatlarının satışının həyata keçirildiyi müəyyən edilib. Aparılan operativ vergi nəzarəti tədbiri zamanı obyektdə 2.816 sayda belə tütün məmulatı aşkarlanıb. Aşkarlanmış mallar əməkdaşlar tərəfindən protokollaşdırılıb, materiallar isə araşdırılması üçün aidiyyəti üzrə istintaq orqanına göndərilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinə müraciət edərək bildirir ki, aksiz markası olmadan və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı, istehlak bazarına qeyri-qanuni istehsal olunmuş məhsulların çıxarılması qanunvericiliklə qadağandır və vergi orqanları tərəfindən belə halların qarşısının alınması istiqamətində tədbirlər davam etdiriləcək. Aksiz markalarının tətbiqi aksizli malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədi daşıyır.

Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?