19 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hansı avtomobillərin idxalı ƏDV-dən azaddır?

Mən şəxsi istifadəm üçün ABŞ-dan avtomobil sifariş etmək niyyətindəyəm. Bilmək istəyirəm ki, istehsal tarixi 2017-ci il və mühərrikinin həcmi 2000 kubsantimetr olan hibrid avtomobilin idxalı ƏDV-yə cəlb edilirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 164.1.41-1 maddəsinə əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilib. Eyni zamanda, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən azadolma müddəti 2026-cı il yanvarın 1-dək 1 il müddətinə uzadılıb.

Qeyd olunanlara əsasən, istehsal tarixi 3 ildən yuxarı olan hibrid avtomobillərin idxalı Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 164.1.41-1 maddəsi.

VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?