12 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvanda Vergi ödəyicilərinə xidmət mərkəzinin fəaliyyət dairəsi genişlənir

Sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin daha da yaxşılaşdırılması, vergi ödəyicilərinə göstərilən xidmətlərin daha əlçatan olması məqsədilə Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzi fəaliyyət dairəsini genişləndirir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “vergiler.az”a verilən məlumata görə, Naxçıvan Şəhər Vergilər İdarəsinin xidmət strukturu tərəfindən 2023-cü ilin yanvar-aprel aylarında göstərilən xidmətlərin orta günlük sayı 46 olduğu halda, may ayında istifadəyə verilən xidmət mərkəzi tərəfindən may-iyul aylarında xidmətlərin orta günlük sayı 114, yəni 2,4 dəfə çox olub. May-iyul ayları ərzində Vergi ödəyicilərinə xidmət mərkəzində ümumilikdə 4 328 vətəndaş qəbul edilib və onlara 6 955 xidmət göstərilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə qəbul edilmiş vətəndaşların sayından 1,8 dəfə, göstərilən xidmətlərin sayından isə 2,8 dəfə çoxdur.

Xidmətlər, əsasən, vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu və vergi orqanlarında qeydiyyat, bəyannamələrin, cari vergi ödəmələrinin hesablanması barədə arayışın təqdim edilməsi, elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun, “Asan İmza” sertifikatının verilməsi və digər məsələlərlə bağlı olub.

VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur?