19 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Levan Kakava: "Gürcüstanın və Azərbaycanın Dövlət Vergi xidmətləri arasında sıx əməkdaşlıq mövcuddur"

Gürcüstanın və Azərbaycanın başqa dövlət qurumları kimi, Dövlət Vergi xidmətləri arasında da sıx əməkdaşlıq mövcuddur. Biz vergi gəlirlərinin idarə olunması, vergilərin tətbiqi və digər məsələlərdə səmərəli təcrübə və fikir mübadiləsi həyata keçiririk.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan Maliyyə Nazirliyinin Vergi Gəlirləri Xidmətinin rəisi Levan Kakava söyləyib.

Onun sözlərinə görə, Azərbaycanın və Gürcüstanın vergi xidmətləri beynəlxalq təşkilatlar daxilində də səmərəli əməkdaşlıq edirlər.

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərliyi ilə geniş nümayəndə heyətinin Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Tbilisidə keçirilən 27-ci Baş Assambleyasında iştirakı bunu bir daha sübut edir. Biz həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar daxilində bir-birimizlə təcrübə mübadiləsi edirik”, – deyə Levan Kakava vurğulayıb.

VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?