28 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Vergi Xidmətinin əməkdaşları beynəlxalq forumda iştirak ediblər

Fransanın paytaxtı Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi” (BEPS) üzrə İnklüziv Çərçivəyə qoşulmasından irəli gələn məsələlərin müzakirəsinə dair Forum keçirilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) “vergiler.az”a verilən məlumata görə, Forumda DVX-nı Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəisi Orxan Musayev, baş idarənin rəis müavini Ceyhun İsmayılov və Transfer qiymətləri və elektron ticarətə nəzarət şöbəsinin əməkdaşı Emil Kərimov təmsil ediblər.

Müzakirələr zamanı Azərbaycan nümayəndə heyəti tərəfindən forumun gündəliyinə salınmış təməl distribütor və marketinq əməliyyatları üzrə beynəlxalq vergitutma aspektlərinin müəyyən edilməsi məsələsi diqqətdə saxlanılıb. Azərbaycan nümayəndələri ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyan distributor fəaliyyətləri, onların vergiləndirilməsi mexanizmləri, vergilərin hesablanması üçün tətbiqi nəzərdə tutulan vahid hesablama alətlərini özündə birləşdirən təlimat layihəsinin hazırlanması üzrə müzakirələrdə fəal iştirak ediblər.

Səfər çərçivəsində BEPS üzrə mövcud əməkdaşlığın genişləndirilməsi və minimal tələblərə beynəlxalq standartlar çərçivəsində vaxtında və effektiv əməletmənin təmin olunması, DVX-nin müvafiq struktur vahidlərinin, eləcə də kadr potensialının işinin daha da gücləndirilməsi üçün əlavə təlimlərin keçirilməsi məqsədilə OECD-nin Vergi Siyasəti və İnzibatçılığı Mərkəzinin bölmə rəhbəri Tomas Balko, həmin Mərkəzin müşaviri Laura Stefanelli və digər məsul şəxslərlə görüşlər keçirilib.

VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir?