12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Vergi ekosistemi: insanlar və texnologiyalar” mövzusunda beynəlxalq forum keçirilib

Aprelin 27-28-də Mo­skvada Rusiya Federal Vergi Xidməti və Rusiya Federasiyası Hökuməti yanında Mal­iyyə Universitetinin birgə təşkilatçılığı ilə “Vergi ekosist­emi: insanlar və te­xnologiyalar” mövzus­unda beynəlxalq forum keçirilib. Forumda İqtisadiyyat Nazir­liyi yanında Dövlət Vergi Xidmətinin rəi­si Orxan Nəzərlinin rəhbərlik etdiyi Az­ərbaycan nümayəndə heyəti də iştirak edi­b.

vergiler.az” DVX-yə istinadən xəbər verir ki, forum zamanı biznesin və dövlət idarəçiliyin­in rəqəmsallaşdırıl­ması perspektivləri, vergi inzibatçılığı sahəsində qabaqcıl təcrübə, insan resu­rslarının idarə edil­məsi və texnologiyal­arın tətbiqi müzaki­rə edilib, “İşçi hey­ətin idarə edilməsi 2023: problemlərə rə­hbərliyin yanaşması­”, “Transsərhəd tica­rətin rəqəmsallaşdır­ılması: problemlər və perspektivlər”, “Transsərhəd elektron sənəd dövriyyəsi mü­asir iqtisadiyyatın təkanı kimi”, “Müas­ir HR”, “Vergi inzib­atçılığının rəqəmsal transformasiyası: vergi ödəyicilərinə xidmət sahəsinin müş­təri yönümlü təşkili, “Rəqəmsal şirkətlə­rin vergiyə cəlb ed­ilməsi”, “Transsərhəd royaltinin vergiyə cəlb edilməsi”, “F­aktiki gəlir əldə et­mək hüququ” kimi möv­zularda panel sessiy­alar keçirilib.

Dövlət Vergi Xidmət­inin rəisi Orxan Nəz­ərli “İşçi heyətin idarə edilməsi 2023: problemlərə rəhbərl­iyin yanaşması” mövz­usu üzrə panel sessi­yada çıxış edib. DVX­-nin rəisi rəqəmsal inkişafın mühüm rola malik olduğunu bil­dirib, texnologiyala­rın tətbiqinin vergi inzibatçılığı və biznes mühitinin dəst­əklənməsi üçün əhəm­iyyəti barədə danışı­b. Bildirilib ki, ql­obal çağırışlar, xüs­usilə pandemiya ver­gi ödəyiciləri ilə əlaqələrin rəqəmsal platformalar üzərindən qurulmasını daha da aktuallaşdırıb. Texnologiyaların sürə­tli inkişafı insan resursları strategiy­asının prioritetləri­ni daha da təkmilləş­dirir və yeni tələbl­ər formalaşdırır. DVX-nin rəisi insan resursları idarəçiliyi sahəsində yeni ça­ğırışlar, kadrlarla işin yeni transormas­iyalara uyğun formal­aşdırılması və bu sahədə tətbiq edilən müasir həllər, işçil­ər üçün müsbət təcrü­bə və əlverişli işg­üzar mühit yaradan təşəbbüslər, Azərbayc­anın vergi orqanları­nın bu sahədə təcrü­bəsi, o cümlədən Döv­lət Vergi Xidmətində insan resurslarının inkişafı istiqamət­ində həyata keçirilən layihələr, kadrlar­ın fəaliyyətinin qi­ymətləndirilməsi və motivasiya edilməsi istiqamətindəki işlər haqqında məlumat verib.

Tədbir çərçivəsində vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi sistemlərinin işinin və rəqəmsal alətlərin tətbiqinin səmərəliliyi barədə müzakirələr aparılıb. MDB məkanında vergilər sahəsində əməkdaşlıq, yeni iqtisadi reallıqları əhatə edən elektron xidmətlər, müasir iqtisadi modellər və prinsiplər haqqında fikirlər səsləndirilib. Ümumilikdə qlobal vergi çağırışları və rəqəmsal iqtisadiyyat dövründə vergi orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə verilən tələblər diqqətə çatdırılıb. İştirakçılar yeni informasiya texnologiyalarının tətbiqi ilə vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində təcrübələrindən danışıb və fikir mübadiləsi aparıblar.

“Vergi inzibatçılığının rəqəmsal transformasiyası: müştəri yönümlü yanaşmanın rolu” mövzusunda keçirilən paneldə Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin şöbə rəisi Kamran Nərimanov təqdimatla çıxış edib və ölkəmizin vergi ödəyicilərinə xidmət sahəsində təcrübəsi ilə bölüşüb.

Müzakirələr zamanı Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) fəaliyyəti, ölkələr arasında rəqəmsal və davamlı ticarətin asanlaşdırılması istiqamətində təşəbbüslərə də toxunulub, ticarətin asanlaşdırılması sahəsində mövcud vəziyyət və irəliləyişlər diqqətə çatdırılıb.

İştirakçı ölkələrin nümayəndələri vergi orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi üçün müştərək tədbirlərin keçirilməsinin, rəqəmsallaşmanın tətbiqinin sürətləndirilməsi üçün qabaqcıl təcrübələrin mübadiləsinin və vergi ekosistemlərinin inkişafı naminə resurslardan səmərəli istifadə üçün birgə təşəbbüslərin artırılmasının əhəmiyyətini vurğulayıblar.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?