6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Transmilli şirkətlər qrupuna daxil olan rezident müəssisələr müvafiq hesabatları vergi orqanlarına təqdim etməlidir VİDEO

Məlum olduğu kimi, dövlət başçısının 16 fevral 2021-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası 2021-ci il martın 12-də “Ölkələrarası Hesabatların Mübadiləsinə dair Səlahiyyətli Orqanların Çoxtərəfli Sazişi”nə qoşulub.

vergiler.az” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bununla bağlı olaraq, ölkəmizin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi məqsədilə Vergi Məcəlləsində müvafiq dəyişikliklər edilib, Məcəllədə transmilli şirkətlər qrupu anlayışı və transmilli şirkətlər qrupunun hesabatının vergi orqanlarına təqdim edilməsi öhdəliyi öz əksini tapıb.

Vergi Məcəlləsinin 16.9-cı maddəsinə əsasən, transmilli şirkətlər qrupunun maliyyə ilində məcmu gəliri 750 milyon avronun manat ekvivalentindən çox olduqda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətlərin səlahiyyətli orqanları ilə avtomatlaşdırılmış məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə transmilli şirkətlər qrupuna daxil olan və ölkəmizin rezidenti olan müəssisə müəyyən edilmiş müddətdə, formada və qaydada hesabatı vergi orqanına təqdim edir.

“Transmilli şirkətlər qrupuna daxil olan Azərbaycan Respublikasının rezidenti olan müəssisənin hesabatının vergi orqanına təqdim edilməsi müddəti, forması və qaydası” İqtisadiyyat Nazirliyinin Kollegiyasının 28 aprel 2020-ci il tarixli qərarı ilə təsdiq edilib. Ölkələrarası hesabatın təqdim edilməsinə dair beynəlxalq standartların, Azərbaycan Respublikasının qoşulduğu Çoxtərəfli Sazişin və daxili qanunvericiliyin əsas tələbi transmilli şirkətlər qrupunun konsolidə olunmuş illik maliyyə hesabatlarına əsasən qrupun məcmu gəlirlərinin 750 milyon avro və ya onun manat ekvivalentindən çox olmasıdır. Sözügedən qaydaya uyğun olaraq, Azərbaycan Respublikasının rezidenti olan və transmilli şirkətlər qrupuna daxil olan əsas müəssisə, müvəkkil müəssisə və ya qrupdaxili müəssisə tərəfindən qaydaya əlavə edilən bildiriş (2 nömrəli Əlavə) elektron ərizə vasitəsilə vergi orqanlarına təqdim edilməlidir. Vergi Məcəlləsinin 57.1-2.-ci maddəsinə əsasən, qeyd edilən tələblərə cavab verən transmilli şirkətlər qrupu tərəfindən hesabatın müəyyən olunmuş müddətdə, formada və qaydada təqdim etməməsinə görə vergi ödəyicisinə 10000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.

Dövlət Vergi Xidməti müvafiq tələblərə uyğun olan vergi ödəyicilərini qanunvericiliyin tələblərinə əməl etməyə çağırır və ölkələrarası hesabatlarla bağlı zəruri məlumatlarla Xidmətin rəsmi internet saytında “Beynəlxalq vergi münasibətləri” bölməsinin “CBCR” altbölməsində tanış olmağı tövsiyə edir.

Keçid üçün link: https://www.taxes.gov.az/az/page/beynelxalq-vergi-munasibetleri

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?