26 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Vergi Xidmətinin rəsmi saytında yeni bölmə yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində (www.taxes.gov.az) Azərbaycan və ingilis dillərində “Kommersiya qurumlarının dövlət qeydiyyatı və vergi ödəyicilərinin uçotu” adlı yeni bölmə yaradılıb.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, kommersiya qurumlarının dövlət qeydiyyatı və uçot vahidləri ilə bağlı zəruri məlumatların yerləşdirildiyi bölmədə müvafiq sahə üzrə qanunvericilik, qeydiyyat prosedurlarının həyata keçirilməsi barədə informasiyalar, ərizə formaları, izahedici çarxlarla tanış olmaq mümkündür. Bölmədə, həmçinin, kommersiya qurumlarının dövlət qeydiyyatının üsulları, qeydiyyat üçün tələb olunan sənədlərin siyahısı, ərizələrin doldurulması qaydaları, “İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları”, “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”, “Fin-kod + mobil nömrə ilə qeydiyyat prosesinin təsviri” və “Qeyri-rezidentlərə ASAN imzanın onlayn təqdim edilməsi” mövzularında videotəlimatlar və s. əks etdirilib, vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartlarının, PDF formatla yanaşı, “html” üzərindən açılması imkanı və axtarış funksiyası yaradılıb.

Əlavə olaraq bölmədə “Vergi ödəyiciləri üzrə axtarış”, “Məlumat dəyişikliyi və ləğv edilmə proseduru”, “Lisenziyaların verilməsi”, “Qeydiyyat orqanları ilə əlaqə” kimi alt bölmələrə də keçid etmək mümkündür.

Ətraflı məlumatla www.taxes.gov.az/az/page/qeydiyyat internet ünvanından tanış olmaq olar.

VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü?