26 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

40-dan çox tələbə Dövlət Vergi Xidmətində istehsalat təcrübəsi keçir

İqtisadi sahədə təhsil alan tələbələrin bilik və bacarıqlarının artırılması, vergi xidmətinin işinə marağın formalaşdırılması, gələcəkdə vergi orqanlarına savadlı kadrların cəlb edilməsi məqsədilə 2023-cü ilin fevral ayından başlayaraq bir sıra ali təhsil ocaqlarının 40-dan çox tələbəsinin Dövlət Vergi Xidmətində istehsalat təcrübəsi keçirilir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “vergiler.az”a verilən məlumata görə, istehsalat təcrübəsi cari ilin may ayının sonunadək davam edəcək.

DVX-də tələbələrin istehsalat təcrübəsi keçməsi ənənəvi hal alıb. Artıq martın 27-dən başlayaraq ali təhsil müəssisələrinin tələbələri üçün iki hissədən ibarət olan sayca ikinci “Yay Təcrübə Proqramı”na da qəbul elan edilib. “Yay Təcrübə Proqramı”nın əsas məqsədi tələbələrə vergi sahəsində yeni bilik və bacarıqların formalaşmasında, nəzəri biliklərinin praktikada tətbiqində və şəxsi inkişaflarında dəstək verməkdir. 2022-ci ildə təşkil olunan ilk “Yay Təcrübə Proqramı”nda yüksək nəticələr qazanan tələbələrdən 3-ü dövlət vergi orqanlarına işə qəbul üzrə sonuncu müsabiqədən də uğurla keçərək ehtiyat kadrlar bazasına daxil edilib.

Yay Təcrübə Proqramına qeydiyyat aprel ayının 30-da başa çatacaq: https://www.taxes.gov.az/az/post/2419

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?