27 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergilər Nazirliyində iqtisadçı ekspertlərlə görüş keçirilib

Mayın 23-də Vergilər Nazirliyində iqtisadçı ekspertlərlə görüş keçirilib. Görüşün məqsədi məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta məsələləri ilə bağlı cəmiyyətə, o cümlədən vergi ödəyicilərinə məlumatların tam, dəqiq və dolğun çatdırılması, yaranacaq sualların vaxtında və hərtərəfli cavablandırılması üçün ekspertlərin mövzu barədə sual və təkliflərinin dinlənilməsindən ibarət olub.

Vergilər nazirinin 1-ci müavini Sahir Məmmədxanovun və nazirliyin digər rəhbər vəzifəli şəxslərinin iştirak etdiyi görüşdə məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta məsələləri ilə bağlı vergi ödəyicilərinin rastlaşdığı əsas çətinliklər və onların həlli yolları müzakirə edilib. Qeyd olunub ki, 2019-cu il yanvarın 1-dən sosial sığorta haqlarının və işsizlikdən sığorta haqlarının hesablanması və ödənilməsi sahəsində yığım funksiyası və nəzarət dövlət vergi orqanlarının səlahiyyətlərinə aid edildikdən sonra Vergilər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mütəxəssislərindən ibarət işçi qrup bu sahədə olan bir çox texniki, təşkilati və iqtisadi məsələləri həll ediblər. Ötən dövr ərzində 200 mindən çox vergi ödəyicisinin uçot-məlumat bazasında qanunvericiliyə müvafiq dəyişikliklər edilib, bəyannamələrin elektron formada qəbulu təmin olunub və rəqəmsal inzibatçılıqla bağlı xeyli təkmilləşdirmələr həyata keçirilib. Ortaya çıxan bir sıra texniki xarakterli çətinliklər tədricən həll edilib və bu proses davam etməkdədir.

Görüşdə sosial yığımların təqdim olunması zamanı yaranan çətinliklər, uçot-qeydiyyat məsələləri, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta haqları üzrə hesabatların təkmilləşdirilməsi, vergi və sosial uçot bazasının əlaqələndirilməsi, bank hesablarına sərəncamların qoyulması və onların geri çağırılması mexanizminin təkmilləşdirilməsi və s. aktual məsələlər geniş müzakirə olunub.

Görüşdə ekspertlərin sualları cavablandırılıb, qaldırılan məsələlərə aydınlıq gətirilib, həmçinin səsləndirilən təkliflər qeydə alınıb.

VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir?