7 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergitutma obyekti ilə vergitutma bazasının fərqi nədir?

Mənim əsas iş yerimdə muzdlu işdən gəlirim 500 manatdır. Bu məbləğin 200 manatı vergidən azaddır. Bu halda ödəmə mənbəyində vergi tutularkən vergitutma obyekti 500 manatdır, yoxsa 300 manat? 
 

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 12.3-cü maddəsinə əsasən, vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir.

Vergi Məcəlləsinin 12.4-ci maddəsində isə vergitutma bazası müəyyənləşdirilib. Həmin maddədə göstərilir ki, vergitutma bazası vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir.
Qeyd olunanlara əsasən, sorğuda göstərilən halda muzdlu işdən əldə edilən gəlirin tam məbləği (500 manat) gəlir vergisinin vergitutma obyekti, müvafiq azadolma məbləği çıxıldıqdan sonra qalan məbləğ (300 manat) isə vergitutma bazasıdır.

Əsas: Vergi Məcəlləsinin 12-ci maddəsi.

VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır?