Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 12.3-cü maddəsinə əsasən, vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir.
Vergi Məcəlləsinin 12.4-ci maddəsində isə vergitutma bazası müəyyənləşdirilib. Həmin maddədə göstərilir ki, vergitutma bazası vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir.
Qeyd olunanlara əsasən, sorğuda göstərilən halda muzdlu işdən əldə edilən gəlirin tam məbləği (500 manat) gəlir vergisinin vergitutma obyekti, müvafiq azadolma məbləği çıxıldıqdan sonra qalan məbləğ (300 manat) isə vergitutma bazasıdır.
Əsas: Vergi Məcəlləsinin 12-ci maddəsi.