25 Noyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Müstəqil Azərbaycanın müasir vergi sistemi MƏQALƏ

Prezident İlham Əliyevin 2005-ci il fevralın 1-də imzaladığı sərəncamla hər il fevral ayının 11-i Azərbaycanda vergi xidməti əməkdaşlarının peşə bayramı kimi qeyd olunur
 

Ötən əsrin 90-cı illərinin əvvəlində yenidən müstəqillik əldə edən Azərbaycan Respublikasında vergilərin, digər icbari ödənişlərin tam və vaxtında səfərbər edilməsi, hüquqi və fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına nəzarətin təmin edilməsi məqsədilə Maliyyə Nazirliyinin tərkibində vergi xidməti yaradılıb. 1991-ci ilin oktyabrında ölkədə vergi nəzarəti sisteminin təkmilləşdirilməsi məqsədilə bu xidmət Maliyyə Nazirliyinin tərkibindən çıxarılıb və müstəqil orqan - Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi kimi fəaliyyət göstərməyə başlayıb.

2001-ci il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsi müstəqil
Azərbaycanın həyatında yeni hadisə olaraq vergi sisteminin
təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması
sahəsində atılmış mühüm addımlardan biri kimi tarixə düşüb

Yeni inkişaf mərhələsinə doğru

Müasir müstəqil Azərbaycanda iqtisadi islahatlar dərinləşdikcə vergiqoymanın qanunvericilik və metodoloji bazasının təkmilləşdirilməsi zərurəti meydana çıxırdı. Məhz belə bir şəraitdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkənin vergi sisteminin yenidən qurulmasına başlanıldı.

Vergi sistemində həyata keçirilən islahatların ilk mərhələsi ulu öndər tərəfindən Dövlət Vergi Müfəttişliyinin bazasında Vergilər Nazirliyinin yaradılması haqqında qərarın qəbul edilməsi olub. 11 fevral 2000-ci il tarixli fərmanla Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilib, onun bazasında Vergilər Nazirliyi yaradılıb. Vergi sisteminin təkmilləşdirilməsi və bu sahədə aparılan köklü islahatların daha da sürətləndirilməsi məqsədilə ümummilli lider Heydər Əliyevin bilavasitə tapşırığı əsasında vergi münasibətlərinin tənzimlənməsi sahəsində vahid və təkmil qanunvericilik bazasının yaradılması üçün Vergi Məcəlləsinin layihəsinin hazırlanmasına başlanılıb. 2001-ci il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsi müstəqil Azərbaycanın həyatında yeni hadisə olaraq vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış mühüm addımlardan biri kimi tarixə düşüb.

Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə formalaşdırılmış vergi sistemi ölkəmizdə iqtisadi keçid dövrünün uğurla başa çatdırılmasında mühüm rol oynayıb və səmərəli idarəetmə sisteminə çevrilib. Bununla da ölkəmizin vergi sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub.

Prezident İlham Əliyevin 1 fevral 2005-ci il tarixli sərəncamı ilə
Azərbaycan Respublikasında vergi xidməti əməkdaşlarının peşə bayramı təsis olunur

Müasir vergi sisteminin formalaşmasında mütərəqqi tədbirlər

Prezident İlham Əliyevin 1 fevral 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında vergi xidməti əməkdaşlarının peşə bayramı təsis olunur. Bu, vergi işçilərinin əməyinin qiymətləndirilməsi və fəaliyyətinin stimullaşdırılmasına yönəlmiş əhəmiyyətli qərar idi. Dövlət başçısının "Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” sərəncamına əsasən, 2008-ci il yanvarın 1-dən etibarən sahibkarlıq fəaliyyəti subyektlərinin "bir pəncərə" prinsipi üzrə qeydiyyatının aparılmasına start verildi. Bütün məlumatların eyni mərkəzdə cəmləşdirilməsini, vergi qeydiyyatı da daxil olmaqla, inzibati qeydiyyatların elektronlaşdırılmasını özündə ehtiva edən bu mütərəqqi sistem çox çəkmədən öz bəhrəsini verməyə başladı. Məhz bu prinsip üzrə qeydiyyatın aparılması ölkədə biznesin inkişafına xeyli təkan verdi.

2005-ci il Azərbaycanın vergi sistemi üçün həm də keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı olub və dövlət başçısı İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramının (2005-2007-ci illər)" icrasına başlanılıb. Dövlət başçısının "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" sərəncamının icrası ilə Azərbaycanda vergi inzibatçılığı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Sərəncamdan irəli gələn vəzifələrdən biri vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə yüksək beynəlxalq reytinqin əldə edilməsi idi. Vergilər Nazirliyinin belə bir reytinqin əldə edilməsi üçün apardığı işlərin nəticəsi olaraq, 2016-cı ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forumu tərəfindən ölkəmiz vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə "Əsasən uyğundur" (largely compliant) reytinq balına layiq görülüb. "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın icrası istiqamətində vergi orqanlarında fəaliyyətin təşkili üzrə Tədbirlər Planı təsdiqlənib və bu məqsədlə müasir standartlar yaradılıb.

Ölkə iqtisadiyyatında əldə olunmuş uğurların davam etdirilməsi,
o cümlədən iqtisadi artım templərinin və şaxələndirilmə proseslərinin
sürətləndirilməsi məqsədilə iqtisadiyyatımız və vergi
sistemimiz üçün bir çox yeni çağırışlar müəyyənləşdirilib

Yeni çağırışlara uyğunlaşdırılan vergi sistemi

Dövlət başçısının "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi" haqqında 23 oktyabr 2019-cu il tarixli fərmanına əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yaradıldı. Bununla da ölkənin sosial-iqtisadi inkişaf xəttini müəyyən edən iqtisadi islahatların tərkib hissəsi olan vergi sisteminin yeni çağırışlara uyğunlaşdırılması prosesinə start verildi. Vergi sahəsində aparılan yeni islahatlara sahibkarlığın inkişafının dəstəklənməsi, "kölgə iqtisadiyyatı"nın azaldılması və iqtisadiyyatın şəffaflaşdırılması, vergi güzəştlərinin iqtisadi səmərəliliyinin artırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi məsələləri daxildir.

Ölkə iqtisadiyyatında əldə olunmuş uğurların davam etdirilməsi, o cümlədən iqtisadi artım templərinin və şaxələndirilmə proseslərinin sürətləndirilməsi məqsədilə iqtisadiyyatımız və vergi sistemimiz üçün bir çox yeni çağırışlar müəyyənləşdirilib. Bu vəzifələr “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda təfsilatı ilə əks olunub. Bu istiqamətlərdə aparılan islahatlar vergi sisteminin iqtisadi inkişafa töhfəsini daha da artıracaq, müasir biznes əlaqələrinin qurulması və iqtisadi artımın təmin edilməsində əlavə imkanlar yaradacaq.

Gülay NƏBİYEVA

VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ VergiMMC-də rəhbər dəyişikliyi üçün tələblər VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir?