5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi ödəyiciləri üçün yaradılmış yeni rəqəmsal platformalar MƏQALƏ

  • 2022-ci ilin mart ayından e-taxes.gov.az portalında “Asan İmza” şəxsi kabineti istifadəyə verilib.

  • DVX-nin rəsmi saytında nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yaradılıb.

  • Elektron platformaların təkmilləşdirilməsi rəqəmsal vergi inzibatçılığının təşviqi üçün əlavə imkanlar yaradır.

Vergi orqanları ilə vergi ödəyiciləri və biznes strukturları arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, vətəndaşların və sahibkarların maraqlarının daha asan və çevik təmin olunması İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) fəaliyyətində mühüm istiqamətdir. Bu məqsədlə vergi ödəyiciləri ilə effektiv kommunikasiya mexanizminin qurulması, onlara göstərilən xidmətlərin təkmilləşdirilməsi, ictimaiyyətin maraqlarının təmin edilməsi daim diqqətdə saxlanılır, vergi orqanlarının təqdim etdiyi yeniliklərlə bağlı vergi ödəyiciləri üçün sadə, rahat və əlverişli mexanizmlər yaradılır. 2022-ci ildə də bu istiqamətdə bir sıra mühüm tədbirlər həyata keçirilib.

Vergi ödəyiciləri üçün yeni həll

DVX tərəfindən aparılan rəqəmsal transformasiya və vergi xidmətlərinin elektronlaşdırılması prosesinin davamı olaraq, 2022-ci ilin mart ayından e-taxes.gov.az portalında “Asan İmza” şəxsi kabineti istifadəyə verilib. Məqsəd rəqəmsal transformasiya ilə bağlı hökumətin təşəbbüslərini, ödəyicilərin “Asan İmza”ya artan marağını nəzərə almaqla məsafədən və rahat istifadəni təmin etməkdir. Platforma şəffaflıq, elektron mühafizə (konfidensiallıq daxil olmaqla) və e-təhlükəsizliyi yaxşılaşdırmaqla effektiv idarəçiliyi təmin etmiş olur. Beynəlxalq standartlara uyğun yaradılmış "Asan İmza" şəxsi kabineti istifadəçilərin vaxtına qənaət etməyə və əməliyyatları qısa müddətdə yerinə yetirməyə yönəldilmiş virtual köməkçidir. Müasir rəqəmsal köməkçi bütün qurğularda - həm kompüterlərdə, həm də planşet və smartfonlarda əlçatandır.

Daha asan, çevik və dolğun informasiya məkanı

Ötən il DVX-nin rəsmi saytında da istifadəçilərin rahatlığı üçün yeni bölmələr yaradılıb. Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşdirmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsinin “Vergi qaydalarının keyfiyyəti” altindikatoru üzrə vergi müddəalarının aydınlığının təmin edilməsi istiqamətində “Ən çox verilən suallar (FAQ)” altbölməsi yaradılıb. Burada vergi ödəyicilərinin fəaliyyəti ilə bağlı mövzular, o cümlədən tədiyyələr, öhdəliklər və s. barədə suallara dolğun cavablar hazırlanıb. Məlumatlar sadə, anlaşıqlı və əsaslandırılmış formada təqdim edilib. Vergi sistemində tətbiq edilən yeniliklərə və biznes mühitində yeni çağırışlara uyğun olaraq bu bölmə davamlı şəkildə yenilənəcək.

DVX-nin rəsmi saytında ötən ildən yer alan yeniliklərdən biri də yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı bölmənin yaradılmasıdır. Məlumdur ki, dövlət başçısının 25 may 2022-ci il tarixli fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilib. Bununla əlaqədar olaraq İnternet Vergi İdarəsində müvafiq portal yaradılıb (https://new.e-taxes.gov.az/eportal/az/login/) və 21 noyabr 2022-ci ildən etibarən istifadəyə verilib. Həyata keçirilməsi nəzərdə tutulan prosedurlar barədə vətəndaşların məlumatlandırılması məqsədilə DVX-nin rəsmi saytında nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yaradılıb. Burada nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı qanunvericilik və normativ sənədlər, “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizənin göndərilməsi qaydası”, "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması" və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün elektron qaimə-fakturanın formasının tərtib edilməsi və göndərilməsi qaydası” ilə bağlı videotəlimatlar, DVX-nin məlumatları və s. maraq doğuran məsələlər əksini tapıb.

Dayanıqlı rəqəmsal infrastrukturun qurulması

Prezident İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” 3 iyun 2019-cu il tarixli fərmanının (https://president.az/az/articles/view/33423) icrası məqsədilə həyata keçirilən “Hökumət buludu”na Keçid Planına əsasən, DVX xidmətlərin dayanıqlığının təmin edilməsi üçün bu çərçivədə ehtiyat məlumatlarını ötən ildən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-yə məxsus Yevlax Data Mərkəzinə köçürür və artıq həmin Mərkəzdə təqdim olunan infrastruktur və rezervlənmə “bulud xidmətləri” əldə edib. Bununla da kritik infrastrukturun fəaliyyət göstəricilərinin yüksəldilməsi, məlumatların təhlükəsiz saxlanılması üçün xərclərin azaldılması kimi üstünlüklər əldə olunub. Həmçinin, dövlət qurumu rezervləmə xidmətinin çevik və sadə formada həyata keçirilməsi üçün xüsusi platforma ilə təmin edilib.

"Hökumət buludu” dövlət orqanlarının malik olduğu informasiya sistemlərinin beynəlxalq standartlara cavab verən vahid data mərkəzin infrastrukturunda dayanıqlı, çevik, təhlükəsiz və optimallaşdırılmış xərclərlə fəaliyyətinə zəmin yaradan, “bulud xidmətləri”ndən istifadəni təmin edən və istənilən məkandan məlumatların əldə olunmasına imkan verən hesablama texnologiyasıdır (məlumat üçün link: https://mincom.gov.az/az/view/pages/116/). Respublikamızda “Hökumət buludu”nun yaradılması bir sıra müasir çağırışlarla bağlıdır, dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, saxlanılması, aparılması və inteqrasiyasının effektiv təşkili yolu ilə dövlət idarəçiliyində xərclərin azaldılması və dövlət qurumları arasında koordinasiyanın yüksəldilməsini şərtləndirən amillər sırasında yer alır. “Hökumət buludu” beynəlxalq təcrübədə qabaqcıl texnologiyalar arasında elektron hökumətin keyfiyyətcə yeni inkişaf mərhələsidir. Dövlət qurumlarının bu prosesə miqrasiyası ilə IT xərclərinin azaldılması və informasiya sistemlərinin məhsuldarlığının artırılması ilə bərabər, bu sahədə təhlükəsizliyin daha effektiv təmin edilməsinə, sabit və dayanıqlı IT infrastrukturuna, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

Beləliklə, elektron platformaların yeni çağırışlara uyğun təkmilləşdirilməsi rəqəmsal vergi inzibatçılığının təşviqi üçün əlavə imkanlar yaradır.

Mövzu ilə əlaqəli materiallar:

https://vergiler.az/news/taxes/19688.html
https://vergiler.az/news/article/20876.html
https://vergiler.az/news/article/19992.html
https://vergiler.az/news/article/20091.html

Gülay NƏBİYEVA

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması