16 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Tələbələrlə görüşlər keçirilib

Tələbələrlə görüşlər keçirilib

Dövlət vergi orqanlarına xidmətə qəbulla əlaqədar respublikanın bir çox ali təhsil müəssisələrinin iqtisad yönümlü ixtisaslarında təhsil alan tələbə və magistrlərlə görüşlər təşkil edilir, ölkənin vergi sistemi və vergi siyasəti, o cümlədən ərazi üzrə yerləşən dövlət vergi orqanlarının iş fəaliyyəti ilə bağlı məlumatlandırma xarakterli tədbirlər həyata keçirilir.

Mayın 17-də Gəncə Dövlət Universitetində və Azərbaycan Dövlət Aqrar Universitetində tələbələrlə görüş keçirilib. Vergilər Nazirliyinin İnsan resursları departamentinin baş direktorunun müavini Nərgiz Muradovanın, departamentin Təhsil və inkişaf şöbəsinin baş mütəxəssisi Vahid Məsimovun, Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi departamentinin Əlaqələndirmə şöbəsinin rəhbəri Altay Rəhimovun, Tədris Mərkəzinin rəisinin birinci müavini Ceyhun Mehdiyevin, Mərkəzin Vergi qanunvericiliyi və təsərrüfat hüququ kafedrasının müəllimi Orxan Balayevin iştirakı ilə keçirilmiş görüşlərin başlıca məqsədi dövlət vergi orqanlarında xidmət, işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi ilə bağlı gəncləri maarifləndirmək olub. Tədbir zamanı tələbələrə Tədris Mərkəzinin fəaliyyəti barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?