22 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Biznesə daxilolma” işçi qrupunun iclası keçiriləcək

2023-cü il 31 yanvar tarixində saat 11:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” işçi qrupunun video-konfrans formatında iclası keçiriləcək.

İclasda Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 30 sentyabr 2022-ci il tarixdə təsdiq edilmiş Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi çərçivəsində 2022-ci ildə görülmüş işlər barədə məlumat veriləcək. Bundan başqa, Yol Xəritəsinin “Xarici investisiyalı hüquqi şəxslər üzrə xarici dildə sənədlərin autentifikasiyası” adlı 1.2.2-ci bəndinin 1-ci, 2-ci və 3-cü hissələri ilə bağlı görülmüş işlər müzakirə ediləcək.

Vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri iclasla əlaqədar Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın https://azranking.az internet portalının “onlayn müraciət (https://azranking.az/online-apply)” bölməsi və “Təklif göndər” onlayn xidməti vasitəsilə işçi qrupun işində iştirak edərək aidiyyəti sahə və məsələlər barədə təkliflərini təqdim edə bilərlər.

VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur?