9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əsas vəsaitə çəkilən təmir xərcləri icarə haqqı ilə əvəzləşdirildikdə hesabatda necə göstərilməlidir?

Qanunvericiliyə əsasən, icarə münasibətlərində təmir xərclərinin icarə haqqı ilə əvəzləşidirilməsi halı mümkündür. Mühasibat mütəxəssisi Orxan İsgəndərov bu zaman aparılan əməliyyatlar və hazırlanan hesabatlar barədə “vergiler.az”a daha ətraflı şərh verib.

Təmir xərclərinin icarə haqqı ilə əvəzləşidirilməsi əsasən müqavilələrdən asılıdır.

Tutaq ki, icarədarla icarəçi arasında aylıq məbləği 1.000 manat olan icarə müqaviləsi bağlanıb. Müqavilənin şərtlərinə görə, çəkilən təmir xərcləri icarə haqları ilə əvəzləşdirilir. İcarəçi ay ərzində 200 manat təmir xərci çəkir və icarəçiyə icarə haqqı kimi 800 manat ödəyir. Bu zaman təmirə çəkilmiş 200 manat icarə haqqının tərkibində gəlirdən çıxılan xərcə aid ediləcək.

Bəs bu halda icarədar fiziki şəxs olarsa, ödəmə mənbəyində verginin tutulma halı necə olacaq?

Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən, fiziki şəxslərə icarə haqqı üçün ödənilən məbləğdən 14 faiz ödəmə mənbəyindən vergi tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Burada əsas məsələ budur ki, fiziki şəxsə 800 manat ödənilib. Bu zaman ödənilən 800 manatdan ödəmə mənbəyində vergi hesablanmalıdır, yoxsa ümumi icarə haqqı xərci kimi tanıdığımız 1.000 manatdan? 200 manat necə nəzərə alınacaq?

Vergi məcəlləsinin 150.5.2-ci maddəsinə əsasən “Vergi ödəyicisinin kreditoru qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və digər bu kimi hallarda), öhdəliyin ləğv edildiyi və ya ödənildiyi (əvəzləşdirildiyi) vaxt” ödəmə mənbəyindən vergi tutulmalıdır.

Yuxarıdakı misalımızda da 200 manat təmir xərcinin icarə haqqı ilə əvəzləşdirilməsi qarışlıqlı hesablaşmanın aparılması sayılır. Bu səbəbdən ödəmə mənbəyindən verginin tutulması 1.000 manat ümumi (icarə xərci kimi tanınan) məbləğdən hesablanacaq.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?