19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elektron qeydiyyat ərizələrinin 83,7 faizi Asan imza ilə təqdim olunub

2022-ci ilin dekabr ayının 1-nə respublika üzrə uçotda olan 1.399.990 vergi ödəyicisinin 87,4 faizi fiziki şəxslər, 12,6 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin sayı 5,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 5,5 faiz (ümumi artımın 80,7 faizi), hüquqi şəxslərin sayı 9,4 faiz (ümumi artımın 19,3 faizi) artıb. Həmin dövrdə kommersiya qurumlarının sayı 10,3 faiz artıb.

2022-ci ilin 11 ayı ərzində 14.259 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 32,4 faiz çoxdur. Kommersiya qurumlarının 72,1 faizi elektron qaydada, 27,9 faizi kağız daşıyıcılarda müraciətlər əsasında qeydə alınıb. Onlardan 19,4 faizinin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması ilkin qeydiyyat proseduru çərçivəsində təmin edilib.
Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 94,8 faiz təşkil edib. Yeni qeydiyyat üsulunun (fin kod+mobil nömrə) ümumi qeydiyyatda xüsusi çəkisi 11,7 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 15,4 faiz olub.

Ümumiyyətlə, ilin əvvəlindən icra olunmuş elektron qeydiyyat ərizələrinin 83,7 faizi Asan imza ilə təqdim edilib.

2022-ci ilin 11 ayı ərzində qeydiyyatdan keçmiş kommersiya qurumlarından 76,8 faizi yerli investisiyalı, 23,2 faizi xarici investisiyalı qurumlardır.

Dekabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89,7 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,4 faizi səhmdar cəmiyyət, 1,2 faizi kooperativ və s. formalarda yaradılıb.

2022-ci ilin 11 ayı ərzində fəaliyyəti bərpa edilmiş hüquqi şəxslərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 22,2 faiz, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 22 faiz artıb.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?