7 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan beynəlxalq standartın yerinə yetirilməsi üzrə ən yüksək reytinqə layiq görülüb VİDEO

Beynəlxalq səviyyədə vergidən yayınma hallarına qarşı mübarizə və vergi məsələləri üzrə beynəlxalq tərəfdaşlıq çərçivəsində ən mühüm sənədlərdən biri Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında Konvensiya”dır. Ümumi Hesabatlılıq Standartı (CRS) əsasında maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi həmin Konvensiyanın alətlərindən biri hesab edilir.

Azərbaycan 2013-cü ildə “Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum”a qoşulmaqla şəffaflıq və məlumat mübadiləsi üzrə beynəlxalq standartların tətbiq edilməsi və qiymətləndirmə prosesində iştirak etməsi öhdəliyini öz üzərinə götürüb. Ölkə üzrə standartın praktiki tətbiqi ilə bağlı qiymətləndirmə 2021-ci ildə başlanılıb, lakin Qlobal Forum tərəfindən qiymətləndirmə prosesinin cari ilin sonunadək davam etdirilməsi qərara alınıb.

İspaniya Krallığının Sevilya şəhərində keçirilmiş Qlobal Forumun 15-ci Plenar İclasında qiymətləndirmə prosesinin yekunlaşdığı elan edilib və nəticələrə dair yekun rəsmi hesabat İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının internet səhifəsində dərc olunub. Görülmüş işlər nəticəsində 99 yurisdiksiya üzrə aparılmış qiymətləndirmədə Azərbaycan Respublikasında beynəlxalq standartın yerinə yetirilməsi səviyyəsi ən yüksək reytinq balı (“on track”) ilə dəyərləndirilib.

Standartın praktiki tətbiqi üzrə qiymətlədirmə maliyyə institutları ilə mütəmadi əlaqələrin qurulmasını, ölkədaxili əməletmə strategiya və siyasətinin mövcudluğunu, hesabların açılması zamanı beynəxalq müqavilələrin tələblərinə əməl edilməsini, mübadilə zamanı bütün tərəfdaş ölkələrin əhatə olunmasını və prosesin müvafiq standartlara tam uyğun aparılmasını, həmin ölkələrdən daxil olmuş rəyləri əhatə edir.

Mötəbər beynəlxalq təşkilat tərəfindən yüksək reytinqə layiq görülməsi Azərbaycanın beynəlxalq arenada məlumat mübadiləsi üzrə etibarlı tərəfdaş kimi tanınmasına töhfə verəcək, ölkəmizin beynəlxalq maliyyə bazarlarına inteqrasiyası baxımından müsbət nəticələr verəcək, investisiya qoyuluşları üzrə cəlbediciliyin artırılmasına səbəb olacaq.

Qeyd. Ümumi Hesabatlılıq Standartı vergitutma məqsədləri üçün müxtəlif dövlətlər tərəfindən xarici şəxslərin digər ölkələrdə yerləşən maliyyə institutlarında olan hesabları haqqında məlumatların toplanması və həmin şəxslərin rezidenti olduqları dövlətlərlə avtomatik mübadiləsinin vahid prinsiplərini tənzimləyir. Bu standartın Azərbaycanda tətbiqi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 3 may 2017-ci il tarixli Sərəncamına əsasən, “Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma”ya qoşulmaq barədə bəyanat imzalanıb və hal-hazırda mübadilə üçün 116 tərəfdaş ölkəni əhatə edir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?