10 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İcarə münasibətləri maliyyə hesabatlarında necə əks olunmalıdır?

Maliyyə hesabatlarının beynəlxalq standartına əsasən icarə müqaviləsi üzrə gəlir və xərclərin maliyyə hesabatlarında əks olunması ilə bağlı izləyiciləri maraqlandıran suallara mühasibat mütəxəssisi Emin Salamov aydınlıq gətirir.

Tutaq ki, “AA” MMC 1 yanvar 2020-ci ildə faydalı istifadə müddəti 10 il, balans dəyəri 21.000 manat olan avadanlığı icarə müqaviləsi əsasında icarəyə götürüb. 8.000 manat məbləğində illik icarə haqqı hər ilin sonunda ödəniləcək və icarə müddətinin sonunda aktivin mülkiyyət hüququ icarədarda qalacaq. İcarəçi avadanlığın daha işlək vəziyyətə gətirilməsi üçün əlavə olaraq 2.000 manat xərc çəkib. Eyni zamanda icarədar tərəfindən icarəçi üçün icarə ödənişinin sonuncu ilində 1.000 manat güzəşt edəcəyini öz öhdəsinə götürüb. İcarə müqaviləsi 3 il müddətinə bağlanılıb və diskont faiz dərəcəsi 10% -dir.

Bu halda 31 dekabr 2022-ci il tarixinə icarə ilə bağlı maliyyə hesabatlarında əks olunun məbləğlər (avadanlığın istifadə hüququ, avadanlığın balans dəyəri, faiz xərci, amortizasiya xərci) nə qədər olacaq?

Biz ilk olaraq diskontlaşdırma aparmalı, sonra sonuncu ilə aid endirimi çıxmalı və avadanlığın istifadə hüququnu tanımaq üçün çəkilən əlavə xərcləri toplamalıyıq.

(“Diskont” ingilis sözüdür və endirim deməkdir. Lap əvvələr bu söz “deduction for early payment” (erkən ödənişə görə endirim) kimi ifadə edilirdi. Burada 1/(1+r)n düsturu tətbiq olunur: r illik faiz dərəcəsi, n isə illərin sayıdır).

8.000/(1+0.1)1 = 7.272 - birinci il
8.000/(1+0.1)2 = 6.611 - ikinci il
8.000-1.000/(1+0.1)3 = 5.259 - üçüncü il.
7.272+6.611+5.259 =19.142 manat.

İllər

İlin əvvəlinə icarə öhdəliyi

Faiz xərci (10%)

Ödəniş məbləği

Hesabat dövrünün sonuna qalıq dəyəri

31.12.2020

19.142

1.915

8.000

13.057

31.12.2021

13.057

1.306

8.000

6.363

31.12.2021

6.363

637

7.000

0

Aktivdən istifadə hüququ - 19.142+2.000=21.142 manat;

İcarə öhdəliyi - 19.142 manat;

Bank - 2.000 manat;

Ödəniş -8.000 manat:

Faiz xərci - 1.915 (birinci il üçün);

Amortizasiya xərci – 7.047 manat (21.142/3).

İcarə müqaviləsinin müddəti 3 il olduğundan və sonda aktiv icarədara qaytarıldığından aktivin amortizasiyası yalnız icarə müddətinə uyğun olaraq bölünür.

Maliyyə hesabatlarında əks olunma: 31.12.2020-ci il

Maliyyə vəziyyəti haqqında hesabat

Aktiv- 14.095 manat (21.142-7.047);

İcarə öhdəliyi - 13.057.

Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat

Faiz xərci - 1.915 manat;

Amortizasiya xərci – 7.047 manat.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?