28 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Biznesə daxilolma” işçi qrupunun növbəti iclası keçirilib

Noyabrın 30-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” işçi qrupunun növbəti iclası keçirilib. Tədbirdə Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Vergi Xidməti, Dövlət Statistika Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Vəkillər Kollegiyası, həmçinin işçi qrupa daxil olan bir sıra aparıcı konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər.

İclasda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti müzakirə olunub.

Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini, işçi qrupun rəhbəri Samirə Musayeva iclas iştirakçılarına Yol Xəritəsi üzrə həyata keçirilən işlər barədə məlumat verib.

İclasda kommersiya qurumlarının dövlət qeydiyyatı zamanı eyniləşdirmə tədbirlərinin təkmilləşdirilməsi, qeydiyyat prosesi zamanı BMT-nin qərarlarına uyğun sanksiya tətbiq edilmiş şəxslər haqqında məlumata giriş imkanının yaradılması, təsisçi və rəhbərin bu siyahı üzrə yoxlanılması sahəsində beynəlxalq təcrübənin araşdırılması, beynəlxalq sənədlərdə nəzərdə tutulan tövsiyələrin milli qanunvericilik və inzibatçılıqla müqayisə edilməsi, bu sahədə ölkədə mövcud olmayan təcrübənin tətbiqi ilə bağlı təkliflərin hazırlanması məsələlərinə baxılıb. Dövlət Vergi Xidmətinin Dövlət qeydiyyatı baş idarəsinin rəis müavini Hüsniyyə Abdullayeva və Maliyyə Monitorinqi Xidmətinin Hüquq departamentinin Qanunvericilik və icraat şöbəsinin mütəxəssisi Zərifə Həsənli müzakirə olunan məsələlərlə bağlı ətraflı məlumat veriblər.

İclas iştirakçıları Yol Xəritəsinin aidiyyəti bəndlərində nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə hazırlanmış qanun layihələri və Azərbaycan Respublikası Prezidentinin Fərman layihələri barədə geniş müzakirə aparıblar.

Qeyd edək ki, Dünya Bankı Qrupunun “Әlverişli biznes mühiti” layihәsinin “Biznesə daxilolma” indikatoru üzrə 2022-2023-cü illər üzrə Yol Xəritəsi Azərbaycanın Nazirlər Kabineti tərəfindən təsdiq edilib.

VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir?