1 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Daşınmaz əmlakın qeydiyyatına dair sənədlərin qəbulu və verilməsi xidməti ünvanda da göstərilir

Daşınmaz əmlakın qeydiyyatına dair sənədlərin qəbulu və verilməsi xidməti ünvanda da göstərilir. Bu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Hüquq sahibinin sifarişi əsasında daşınmaz əmlakın qeydiyyatına dair sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi” adlı elektron xidmət vasitəsilə həyata keçirilir.

Daşınmaz əmlakla bağlı göstərilən xidmətlərin elektron müstəviyə keçməsi Xidmətin prioritetlərindəndir və bu xidmətin istifadəyə verilməsi vətəndaş məmnunluğunun təmin edilməsinə, çevikliyin artırılmasına, vaxt itkisinin aradan qaldırılmasına yönəlib. Elektron xidmət daşınmaz əmlakın daha sadə və innovativ üsullarla sənədləşdirilməsi üçün yeni imkanlar yaradır. Bu xidmət vaxt məhdudiyyəti səbəbindən Xidmətin ərazi idarələrinə gedə bilməyən vətəndaşlar üçün olduqca əlverişlidir.

Müraciət etmək istəyən şəxslər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalına (e-emlak.gov.az) daxil olmalıdır. Bundan sonra “Hüquq sahibinin sifarişi əsasında daşınmaz əmlakın qeydiyyatına dair sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi” bölməsinə keçid edərək şəxsə aid tələb olunan məlumatlar daxil edilir.

Fiziki və hüquqi şəxs tərəfindən verilən etibarnamə ilə müraciət etmək də mümkündür. Fiziki şəxs tərəfindən verilən etibarnamə ilə müraciətdə etibarnamə verənin şəxsiyyət vəsiqəsinin FİN kodu, hüquqi şəxs tərəfindən verilən etibarnamə ilə müraciətdə etibarnamə verən şəxsin VÖEN kodu daxil edilir, “Axtar” düyməsi sıxılır. Bütün xanalar doldurulduqdan sonra növbəti səhifəyə keçid olunur.

Daha sonra “Birtərəfli” və “İkitərəfli” xidmət olmaqla iki seçim təqdim edilir. “Birtərəfli” xidmətdə sənədlərin qəbulu və ya hazır sənədlərin çatdırılması xidmətlərinin yalnız birindən yararlanmaq mümkündür. Bunun üçün 30 manat xidmət haqqı tələb olunur. “İkitərəfli” xidmətdə isə sənədlərin qəbulu və hazır sənədlərin çatdırılması xidmətlərindən birlikdə istifadə etmək imkanı var. Bunun üçün isə 50 manat xidmət haqqı tələb olunur.

Müvafiq xanalara xidmətin göstəriləcəyi ünvan, tarix və saat qeyd olunur. Cari tarixdən maksimum 15 gün sonrakı tarixi seçmək mümkündür. Cari gündə bütün saat aralıqları tutulubsa, həmin gün üçün seçim deaktiv olunur.

Sonda elektron qaydada ödəniş etdikdən sonra qeyd edilmiş əlaqə məlumatlarına əsasən müraciət edən şəxsə elektron məktub və SMS bildiriş göndərilir.

Xidmətdən istifadə üçün keçid: https://e-emlak.gov.az/eemdk/services/mobile/login

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ