28 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə görə maliyyə sanksiyası tətbiq olunurmu?

2019-cu ilin yanvar ayından vergi uçotuna alınaraq kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fərdi sahibkar kənd təsərrüfatı məhsullarının istehsalı vergidən azad edildiyi üçün dövriyyələr barədə vergi bəyannamələri verməmişdir. Vergidən azad olunan dövriyyə barədə bəyannamə verməməyə görə fərdi sahibkara maliyyə sanksiyası tətbiq oluna bilərmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq və vergi oqanına bəyannamə təqdim etmək vergi ödəyicisinin vəzifəsidir.

Eyni zamanda Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş 58.15-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir (kənd təsərrüfatı məhsullarının istehsalçılarına münasibətdə 2020-ci il yanvarın 1-dən qüvvəyə minir).

Bu maddənin müddəalarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən 2020-ci il yanvarın 1-dən etibarən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə görə bəyan edilməmiş gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 16-cı və 58-ci maddələri.

VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu?