5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əsas vəsaitlər qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi necə hesablanır?

Vergi Məcəlləsinin 201.1.1-ci maddəsinə əsasən, müəssisənin və fərdi sahibkarın əsas vəsaitləri qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu Məcəllənin 14-cü maddəsinə (Bazar qiyməti) əsasən müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əsas vəsaitlərin dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda bu Məcəllənin 202-ci maddəsinin (orta illik qalıq dəyəri) müddəaları tətbiq edilmir. Qanunvericiliyin tələbini “vergiler.az” üçün İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi, iqtisadçı Cavid Vəlizadə şəhr edib:

Bu o deməkdir ki, əsas vəsaitlərin orta illik qalıq dəyərinə əsasən hesablanan əmlak vergisi nəzərə alınmayacaq. Vergi Məcəlləsinin 14.3.4 maddəsinə əsasən, müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda bazar qiyməti tətbiq edilir.

Azərbaycan Respublikasının “Sığorta haqqında” qanunun 13-cü maddəsinə əsasən, sığorta məbləği müqavilənin bağlandığı anda əmlakın həqiqi dəyərindən (sığorta dəyərindən) çox ola bilməz. Sığortaçının sığorta olunan tərəfindən qəsdən yanıldığını sübut etdiyi hallar istisna olmaqla tərəflər əmlakın sığorta dəyərinə etiraz edə bilməzlər. Əgər sığorta müqaviləsində müəyyənləşdirilmiş sığorta məbləği əmlakın sığorta dəyərindən çoxdursa, onda bu dəyərdən çox olan sığorta məbləği hissəsində müqavilə etibarsız sayılır.

Misal: "AA" MMC-nin əmlakının qalıq dəyəri 250 000 manat olmuşdur. Lakin bu dəyərdən artıq qiymətə, yəni 290 000 manata sığortalanmış və əmlakın bazar qiymətinin 270 000 manat olduğu müəyyən edilmişdir. Belə olan halda, vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri yox, əmlakın bazar qiyməti, yəni, 270 000 manat əsas götürüləcək. Bu zaman onun əmlak vergisi 2 700 manat təşkil edəcəkdir:

270 000 x 1% = 2700 manat.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?