3 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elektron qaydada rəsmiləşdirilən təsərrüfatdaxili əməliyyatların uçotu kağız daşıyıcısında aparılmalıdırmı?

Müəssisə sərinləşdirici içkilərin istehsalı ilə məşğul olur və istehsal fəaliyyəti zamanı material dəyərlilərinin təsərrüfatdaxili hərəkətlərinin sənədləşdirilməsini elektron uçot sahəsində dünya miqyasında tətbiq edilən proqram vasitəsilə həyata keçirir. Müəssisə təsərrüfatdaxili əməliyyatlarının uçotunu qeyd edilən elektron proqram vasitəsilə rəsmiləşdirdiyi halda bu sənədlərin kağız daşıyıcıda tərtib edilməsinə ehtiyac varmı?

Dövlət Vergi Xidmətindən bildirilib ki, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” ilə tənzimlənir.

Qaydanın 9-cu bəndinin müddəalarına əsasən “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının alış aktı”, “İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Alış sifarişi”, “Hazır məhsulların təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının buraxılışı tələbnaməsi”, “İstehsal ehtiyatlarının istehsala buraxılışı qaimə-fakturası”, “Köməkçi istehsal məhsullarının əsas istehsala buraxılışı qaimə-fakturası”, “Zay məhsullara dair akt”, “Zay məhsulların təhvil-qəbul aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”, “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir.

İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin istifadəsində adıçəkilən sənədlərin tərtibi və dövriyyəsini dəstəkləyən elektron informasiya sistemi mövcud olduğu və bu sənədlərin tərtib edilərək elektron qaydada təsdiq edilməsi təmin edildiyi halda (misal: istehsal ehtiyatlarının təsərrüfatdaxili (anbardan-anbara) hərəkəti elektron qaydada sənədləşdirilərkən bu zaman istehsal ehtiyatlarını göndərən və qəbul edən maddi məsul şəxslər tərəfindən bu sənədlərin elektron sistem üzərində tərtib və təsdiq imkanına malik olması) həmin sənədlər çap edilmədən tətbiq edilə bilər.

Vergi ödəyicisinin istifadəsində müvafiq texniki imkanlara malik elektron informasiya sistemi mövcud olmadıqda isə sənədlər kağız daşıyıcıda çap edilərək müvafiq qaydada təsdiq edilir.
Qeyd edilənlərə əsasən, müəssisənin təsərrüfatdaxili əməliyyatları tam həcmdə elektron informasiya sistemi ilə rəsmiləşdirildiyi halda təsərrüfat məqsədləri üçün həmin sənədlərin kağız daşıyıcıda çap edilməsi zəruri deyil.

Eyni zamanda, müəssisədə vergi orqanları tərəfindən vergi nəzarəti tədbirləri keçirilən zaman qeyd olunan proqram təminatında elektron qaydada tərtib olunan sənədlər vergi orqanının vəzifəli şəxslərinə təqdim edilməlidir.

Əsas: Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması