17 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi ödəyiciləri üçün yeni texniki imkanların yaradılması istiqamətində işlər davam etdirilir

"Azerconnect" şirkəti mobil həllərə sərmayə yatırmağa davam edir. Bunu şirkətin baş direktoru Emil Məsimov “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda keçirilmiş forumdakı çıxışında deyib. Bildirib ki, şirkətin qurduğu şəbəkələr nəticəsində ölkədə dayanıqlı internetin əlçatanlığı təmin olunub.

“Vergi inzibatçılığının rəqəmsallaşmasında, vergi ödəyiciləri ilə Dövlət Vergi Xidməti arasında əlaqələrin qurulmasında internetin və həllərin keyfiyyəti əvəzsiz rol oynayır. İKT sahəsində fəaliyyət göstərən şirkət olaraq biz də bu sahədə məsuliyyətimizi dərk edirik”, - E.Məsimov qeyd edib.

Vergi inzibatçılığı baxımından vergi ödəyicilərinin fəaliyyətinə nəzarət üçün daha yaxşı texnoloji imkanlar yaranacağına əminliyini ifadə edən E.Məsimov təmsil etdiyi şirkətlə Dövlət Vergi Xidmətinin əməkdaşılığının bəlli bir tarixçəyə söykəndiyi, “ASAN imza”nın mobil nömrələr üzərindən istifadə olunduğunu, vergi ödəyicilərinin SMS məlumatlandırılmasının mobil şəbəkələr vasitəsilə həyata keçirildyini xatırladıb: “Yeni şəbəkələr və texnologiyalar sahəsində, vergi ödəyiciləri, vətəndşalar üçün yeni texniki imkanların yaradılması sahəsində intensiv fəaliyyətimizi davam etdiririk. Dövlət Vergi Xidməti ilə əlaqələri daha da dərinləşdirmək üçün bir neçə layihə həyata keçiririk. Daxili İşlər Nazirliyi ilə birlikdə mobil rabitə və intermet istifadəçilərinin biometrik səviyyədə identifikasiyasını mümkün edəcək həllər üzərində çalışırıq”.

VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər?